Oğrular cəzasız qalmayacaqlar
Bakı, 15 fevral (AZƏRTAC). Fevralın 12-də Yasamal rayonundakı atelyedə paytaxt sakini Elmar Mehdiyevə məxsus mobil telefon oğurlanmışdır.
Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elşən Həsənzadə məsuliyyətə cəlb edilmişdir.
M.Seyidova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Əmircan qəsəbəsinin sakini Nazim Vahidov Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsi əməkdaşları tərəfindən saxlanılmışdır.
Fevralın 12-də J.Cəfərovanın evindən 1 musiqi mərkəzi, 1 peyk antenası və geyim əşyaları oğurlanmışdır. Cinayətdə şübhəli bilinən İmişli rayon sakini Loğman Əliyev İmişli və Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]