Oğru və soyğunçular yaxalanmışlar
Bakı, 24 noyabr (AZƏRTAC) Noyabrın 22-də Habil Əliyevə məxsus mağazadan 150 manat pul və ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Rahib Həbibov və Anar Quliyev Xəzər Rayon Polis İdarəsinin 1-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların noyabrın 22-də Bakı şəhər sakini Natiq Əliyevi bıçaqla hədələyərək ondan pul tələb etmələri də müəyyən edilmişdir.
Noyabrın 11-də P.Cabbarovaya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Taleh Mustafayev Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Noyabrın 22-də V.Bakıxanovun bağ evindən oğurluq etməkdə şübhəli bilinən Maştağa qəsəbə sakini Asif Əsgərov Sabunçu Rayon Polis İdarəsinin 14-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Xətai Rayon Polis İdarəsinin 36-cı bölməsində Gülağa Cəfərovun mobil telefonunun alınması barədə verilmiş məlumatla əlaqədar cinayət işi başlanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ramil Niftəliyev məsuliyyətə cəlb edilmişdir.
E.Novruzovun bağ evindən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Mənsurov şəhər polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
R.Mənsurovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Rəhim Quliyevin, habelə Mehman Yusifovun evlərindən oğurluq etməsi də müəyyən edilmişdir.
Noyabrın 19-da N.Əliyevin evindən oğurluq etməkdə şübhəlıi bilinən həmyerlisi Tural Səlimov Kəpəz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Noyabrın 3-də S.Həsənova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri İlkin Əliyev və Elşad Hüseynov Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Noyabrın 22-də A.Süleymanovun evindən oğurluq etməkdə şübhəli bilinən həmyerlisi Zarina Əliyeva Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.