ODUN SATIŞI TƏŞKİL OLUNMUŞDUR
Qazax rayon meşə mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əhalinin qış mövsümündə yanacağa olan tələbatını ödəmək üçün müəssisənin anbarından əhaliyə odun satılır.
Rayondakı hərbi hissələrə 120 kubmetr, kimsəsiz, şəhid ailələrinə və digər imtiyazlı şəxslərə isə 60 kubmetr odun satılmışdır.