Noyabrın 17-də hava yağmursuz keçəcəkdir
Bakı, 16 noyabr (AZƏRTAC ). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə müsbət 9-11 dərəcə, gündüz müsbət 17-19 dərəcə olacaqdır.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, cənub küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə müsbət 4-9 dərəcə, gündüz müsbət 13-18 dərəcə, dağlarda gecə müsbət 5-9 dərəcə, gündüz müsbət 12-16 dərəcə təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [10:30]
Şahdağda qar örtüyünün hündürlüyü 20 santimetrdir - FAKTİKİ HAVA
- 15.11.2026 [19:16]
Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
- 15.11.2026 [12:56]
Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO
- 15.11.2026 [11:54]
Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır
- 14.11.2026 [23:25]