Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimi şeirində sözün informativ yükü

Nəsimi şeirində sözün informativ yükü

Bakı, 3 aprel, AZƏRTAC

Bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd edilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu il ölkəmizdə “Nəsimi ili” elan edilib. İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatında və fəlsəfi fikir tarixində özünəməxsus yer tutan şəxsiyyətlərdəndir. İnsanı, onun azadlığını tərənnüm edən, humanizm prinsiplərinə söykənən kamil poeziya nümunələri, dəyərli ədəbi-fəlsəfi fikirləri ilə Azərbaycan və dünya ədəbiyyatının böyük nümayəndələrindən biri kimi tanınan Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ölkənin milli mədəniyyətə və incəsənətə həssas münasibətinin göstəricisi kimi təqdir olunmalıdır.

“Nəsimi ili” ilə bağlı silsilə yazılar təqdim edən AZƏRTAC ənənəsinə sadiq qalaraq bu dəfə oxucularla Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətovanın “Nəsimi şeirində sözün informativ yükü” sərlövhəli məqaləsini paylaşır.

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi ədəbiyyat tariximizdə anadilli fəlsəfi şeirin əsasını qoymuş, məhəbbət və gözəllik nəğməkarı kimi şöhrət qazanmışdır. Onun dərin ağıl və idrakından yoğrulan şeirləri ədəbiyyatımıza yenilik gətirən bədii düşüncənin ifadəsidir. Nəsimi poeziyası insanın ilahi yaradılışından, onun kamilliyinin əzəmət və vüqarından soraq verən əsərlərdir.

Ədəbiyyatımız və fəlsəfi fikir tariximizdə Seyid İmadəddin Nəsimiyə həm şair, həm filosof, həm də mütəfəkkir kimi özünəməxsusluq verən onun mənsub olduğu hürufilik təriqəti ilə bağlı görüşləridir. Nəsiminin istər şeir yaradıcılığı, istərsə də səyahətləri başlıca olaraq bu fəlsəfi-fikir cərəyanına daha çox xalq kütləsi cəlb etmək məqsədi güdürdü.

İnkar olunmaz həqiqətdir ki, hürufiliyin banisi Fəzlullah Nəimi olsa da, bu təriqətin yaşamasında və yayılma arealının genişlənməsində Nəsiminin əvəzsiz xidmətləri olmuşdur. Məhz hürüfilik Nəsiminin simasında yaşamış və yayılmışdır. Nəsimi hürufiliyi poeziyada yaşatmaqla onun terminologiyasını, simvollar sistemini, ifadə özəlliklərini, üslub anlayışlarını daha da zənginləşdirmiş və onlara yeni ifadə tərzi vermişdir.

Hürufiliyin əsas təməl ideyalarını təbliğ edən hürufi şairləri, o cümlədən onların şəksiz nəhəng nümayəndəsi İmaddədin Nəsimi tərəfindən poeziyada ifadə olunmaqla ədəbiyyatı ilahi-irfani ideyalarla zənginləşdirmiş və müqəddəsləşdirmişdir. Hürufilər Allahın dərkolunmaz ilahi mahiyyətinin sözdə təcəssüm olunması haqqındakı ideyaları ədəbiyyatı yalnız söz sənəti olmaqdan çıxarıb onu daha yüksək zirvələrə - ilahi-idraki məqamlara qaldırmışlar. Bu mənada Azərbaycan ədəbiyyatında təsəvvüf təkcə Nəsiminin simasında yox, eləcə də ondan əvvəlki və sonrakı sənətkarların simasında milli ədəbiyyatı müqəddəs dəyərlər sisteminə - söz sənətinə çevirmişdir.

Bədii ədəbiyyatın gözəlliyi, təsir gücü onun ifadə tərzində əks olunur. Söz sənətkar ilə cəmiyyət arasında əlaqə yaradan ən mühüm vasitə rolunu oynayır. Odur ki, dili gözəl bilib ondan yerli-yerində istifadə etmək söz sənətkarlarının əsas vəzifəsi olmuşdur. Söz o zaman dəyər kəsb edir ki, o, müəyyən informasiya yükünə malik olsun. Deməli, hər bir söz daşıdığı informativ yükə görə əhəmiyyətlidir. Sözün kəsb etdiyi informativ yük nə qədər dərin, fəlsəfi mahiyyət daşıyırsa, söz bir o qədər uzunömürlü, dəyərli və əhəmiyyətli hesab olunur.

“Qurani-Kərim”in vəhylə (sözlərlə) nazil olduğunu, “Yasin” surəsinin 82-ci ayəsindəki “kun fə yəkun” (“ol” dedik oldu) kəlamına əsasən dünyanın yaranmasının sözlə bərqərar olması, müqəddəs kitabımızdakı fikirləri əsas tutaraq sözü müqəddəs hesab etmişlər. Bütün bu aləmin məhz “kon” (ol!) kəlməsindən yaranması hamıya məlumdur. “Əl-Bəqərə” surəsinin 31-ci ayəsində, insanın üstünlüyü Allahın ona bütün adları (sözləri) öyrətməsi ilə əlaqələndirilir. Həzrəti Əlinin belə bir kəlamı var “İnsan öz dilinin arxasında gizlənib. Danışandan sonra onun ağıllı və ağılsız olduğu ortaya çıxır”. Bu baxımdan söz və ruhun əlaqəsi hələ qədim zamanlardan insan düşüncəsində onların bir-birindən var olması, bir-biri ilə bağlı olması haqqında müxtəlif fikirlər mövcuddur. İnsan bədəninin ruhla canlanması, varlıq aləminin isə sözlə nəşət tapması onun insan ruhu ilə bağlılığından xəbər verir. Bu haqda dahi Azərbaycan şairi Nizami Gəncəvi belə demişdir:

Əgər söz can ipini əyirməsəydi bir an,

Bu kələfin başını bəs hardan tapardı can?

Füzulidə isə bu fikir belə ifadə edilir:

Söz candır əgər bilirsə insan,

Sözdür ki, deyirlər özgədir can.

Orta əsrlər poeziyasında bəzən sözü hətta insan bədəni ilə müqayisə edən dahi Nizami Gəncəvi “Biz sözük, bu bədənsə eyvanımızdır” deyir. Sözün ilahi hikmətlə əlaqəsi, Allah kəlamı olması haqqında XIII əsrdə yaşamış Yunus Əmrə “söz qaradan, ağdan deyil, yazıb oxumaqdan deyil, bu yürüyən xalqdan deyil, xaliq avazından gəlir”, “mənim deyil bu kəlləçi, qüdrət sənin Yunus nəçi” deyir.

Öz yaradıcılığında hürufiliyin qəliz anlayış və terminlərindən istifadə edən şair şeir dilini, ondakı təsəvvüfi-irfani simvolikanı və bundan doğan çətinliyinə görə “heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, bu quş dilidir, bunu Süleyman bilir ancaq” deyərək, bu dili “quş dili” adlandırmaqla dilin informativ yükünün dərinliyinə işarə edir.

Hürufilərə görə bütün varlıq aləmi səsdən var olduğu üçün kainatın da yaranması sözdə öz əksini tapır. Bədii ifadə üsullarını daha da zənginləşdirmək və qüvvətləndirmək baxımından klassik Şərq ədəbiyyatında ərəb əlifbası hərfləri öz adları və forması (şəkli) ilə rəmzi mənalarda müxtəlif bədii bənzətmələr məqamında işlədilmişdir. Məsələn, əlif (١) hərfi boy, qamət, ayn (ع) - göz, kaf (ق) - qaş, mim (م) - ağız, sin (٣) - diş, dal (د) - qəddi-qamətin bükülməsini, nun (ن) isə nöqtə və kirpiklər kimi rəmzi mənaları bildirir. Odur ki, həyatın bütün gizlin sirləri hərflərdən yaranan sözlə aşkar olur. Hürufilik ideyalarını şeirlərində əks etdirən Nəsimi ərəb həriflərinin insan üzündəki cizgilərə bənzədiyini və Allahın gözəl adlarının onun sifətində yazıldığını bu yolla isbat edirdi. Bu hərf və rəqəmlərdən ustalıqla istifadə edən Nəsimi deyir:

Dünyavi axirətdə azad idim əlif tək,

Çəkdi məni bəlaya balasının bəlası.

Şair ruhun insan bədəninə üfrülməmişdən əvvəl bu aləmdə əlif kimi (آ) azad dolaşdığını, ancaq ruhun insan bədəninə daxil olandan sonra o qəfəsə salınır və bununla da “bəlaya” düçar olduğunu vurğulayır. Aşiq bu dünyaya gəlməzdən qabaq ilahi eşq şərabını içib məst olmuşdur. Bu, məşhur “bəzmi-əzəl” yaxud “bəzmi-ələst” rəvayətinə işarədir. Rəvayətdə deyilir: “Allah ruhlardan soruşdu: “Mən sizin rəbbiniz deyiləmmi? Dedilər: “Bəli“ (“Ələstu birəbbikum? Qalu bəla)”... Odur ki, ruh öz məşuqunun yanına qayıtmağa can atır. Bu canatmanın mayasında ilahi eşqin cazibəsi durur.

Beytin zahiri mənasına gəldikdə əlif hərfi özündən əvvəl gələn hərflərlə birləşməməsi onun azad olmasına, bu hərfin özündən sonrakı hərflərlə birləşməsi isə, onu bəlaya, dünyəvi məqamlarla, materiya ilə bağlanmasına bir işarədir. Şair başqa bir qəzəlində hərflərlə bağlı belə deyir:

Əsli dənidir dünyanın, zatında yoxdur bir əlif,

Tərkibinə gəl bax anın şol ya vü nünü dalinə.

Beyt həm zahiri, həm də daxili baxımından iki məqamı özündə əks etdirir. Zahiri baxımdan beytdə əlif hərfi həm həqiqi, həm də məcazi mənalar daşımaqdadır. Şair insan qamətini, həm də onun əqidə düzlüyünü əlif hərfinə bənzədir. O, yaşadığı aləmdə düzgün Adəm övladının olmadığını deyir. Dünya özü də “dəni”dən yarandığı üçün “alçaq” deməkdir. Dünya sözündəki (د) ərəb hərfi ilə yazılır ki, bu da dövranın, zamanın düzgün, doğru olmadığına (د) dal hərfi kimi əyriliyinə bir işarətdir. Bütün bu zahiri oxşarlıq beytin şəkli mənası ilə əlaqədardır. Beytin ikinci misrasında adı keçməyən “dünya” sözü ərəb əlifbası ilə elə şəkildə yazılır ki, bu (dal, nun, ya (dəni) ( دنى ) orada əlif hərfi işlədilmir. Bu sözün yazılışı əyri hərflərdən yarandığı üçün dünyanın düzgün yer olmadığın deyən şair başqa bir şeirində “dünya duracaq yer deyil, ey can, səfər eylə, aldanma onun alinə ondan həzər eylə” deyə, bu faniliyə bir işarə edir.

Sözün informativ yükü təkcə onun müsbət məqamlarla bağlı olması funksiyası daşımır, bu informasiya mənfi çalarları da özündə əks etdirir. Sözün mənfi məqamları kəsb etməsi informativ yükünə Nəsimi yaradıcılığında da rast gəlmək olur. Nəsimi şeirlərinin birində deyir: “dil bazarçısı yalandır, varmazam bazarinə, gerçək olmaz əgridil, inanmazam iqrarinə”. Nəsimi sözü düz olmayan, əhdinə sadiq qalmayan adamlardan uzaq olmağı, onlara bel bağlamamağı tövsiyə edir. “Hər kimin feyli riyadır, ya sözü gerçək degil, qövlünə inanma anın, heçə say iqrarini”, “Nacins söhbəti degil illa tamu odu, Fəzl eylə, ya illahi, əcirna minəl-əzab” deyir. Şeirin informativ məlumat yükü ondan ibarətdir ki, şair nadan adamla söhbət etməyi cəhənnəm odunda yanmaqla müqayisə edərək “ilahi bu oddan bizi uzaq eylə” deyir.

Surətin lövhində endirdi kəlamı Cəbrayıl,

Ey camalın həq kitabı, innəhü-şeyün əcib.

Bu beytdə müəllif məlum əhvalatı oxuculara çatdırır. Beytin informativ anlamında şair insan üzünün gözəlliyini müqəddəs “Quran-Kərim”in kəlamları ilə müqayisə edir. Bu gözəlliyin ilahidən gəldiyini söyləyərək, ey gözəlliyi haqq kəlamı olan, bu nə qəribə işdir ki, sənin üzünün gözəlliyi simasında Cəbrayıl (ə.s) ilahi kəlamları göydən endirdi. “Hürufilər hətta insan üzünü “Allahın güzgüsü” sanırdı. Guya Allahın özü insan üzündə görünməkdədir, insan üzündə Allah sözü yazılıb. Buna görə də insana səcdə edilməlidir”.

Aşiqin əsrarını, həqqi bilən arif bilir,

Aşina halın nə bilsin, kəndini bilməz qərib.

Ariflik təsəvvüfün mərhələ prinsiplərindən biridir. Təsəvvüf fəlsəfəsinə görə ariflik mərhələsinə gəlib çatan irfan əhli haqqın gizli sirlərindən xəbərdar olur. Şair haqqın sirləri ariflərə məlum olur, ariflər ancaq onu bilərlər deyir. Beytin ikinci misrasında işlədilən “kəndini bilməz” ifadəsi ariflərin “özünü bilməyən, rəbbini bilməz” hədisi ilə üst-üstə düşür. Şair özünü bilməyən, haqqını tanımayan aşiq olanın halını necə bilsin?” deyir.

Xubların eşqindən, ey zahid , məni mən eyləmə,

Çünki mana eşq oldu qismət günü həqdən nəsib.

Şeirdə şair zahidlə arifi qarşılaşdırır. Arif zahidə ondan gözəlləri sevməyi qadağan etməməsini xahiş edir. Çünki haqq dərgahında nəsib almaq məqamında Tanrı onun da qismətinə gözəlləri sevməyi nəsib edib.

Nəsimi poeziyasında sözün informativ yükündə ayrı-ayrı şəxsiyyətlərlə bağlı məlumat xarakterli beytlər, onlarla bağlı informasiyalar da yer almaqdadır. Bu beytlərin bəzilərində peyğəmbərlər, bəzilərində tarixi şəxsiyyətlər, bəzilərində isə şairin əhatəsində olduğu insanlar haqqında informativ məlumatlar verilir. Təriqət ədəbiyyatında əfsanələşən bu tarixi şəxsiyyətlərə şairlər bir simvolik obraz kimi müraciət etmişlər. Məsələn, Bəyazid Bistaminin adı özünü qul edib başqalarını xilas etmək üçün satan bir aşiq obrazı kimi xatırlanırsa, Şibli Bağdadda yaşamış sufilərdən olmuş, yatmamaq üçün gözlərinə duz sürtər və gecə-gündüz ibadət edərmiş, Həllac Mənsur isə təsəvvüfdə dara çəkilərək Tanrısına qovuşmuş, haqdan dönməyən bir aşiq kimi vəsf olunur.

Həllac Mənsurun “ənəl-həqq” ideyası orta əsr poeziyasında dinin əsasını sarsıdan çağırış mənasını özündə ehtiva edirsə, təsəvvüf ədəbiyyatında isə bu termin “ənəl-həqq” insanın kamala yetməsini bildirən ifadədir. Nəsimi Həllac Mənsurun bu ideyasını yaşadaraq şeirlərində bu ifadəni müxtəlif məqamlarda işlətmişdir. Şair buna işarə edərək deyir:

Gər ənəl-həqq söyləməkdən dara asılsam nə qəm,

Bunca Mənsurin asılmış başı bər dar, üştə gör!

Şair “ənəl-həqq” söyləməklə başının dar ağacından asılmasından qorxmadığını, Mənsurun başı kimi çoxlarının başını dar ağacından asılmış gördüyünü vurğulayır. Nəsimiyə görə, Həllac Mənsur dara çəkilməklə canını “haqq” dediyi Tanrısına qurban vermiş, beləliklə də, öz ruhu ilə vücudi-mütləqə qovuşa bilmişdir. Həm də şair özünü Həllac Mənsurun yanında hiss edir, onunla birlikdə “eşq darına” asıldığını bildirir. Şair “zülfünün darındə, şaha, asılan Mənsur idi, hər kim ki, Mənsur olmadı, zülfündə bər-dar olmasun” deməklə, gözələ vurulmağı aşiqin “sevgi darına” çəkildiyini, kim ki, sevgi yolunda Mənsur kimi “sevgi darına” çəkilməyibsə, bu yolda onun “bərbad” olacağını deyir. “Mənsuri asar darinə mənsur”, “təxtə çıxmaq istəməz Mənsur olan, ya minbərə, hər kim Mənsur oldu, çıxdı şahi-eşqin darinə”, “Musəvü Tur nədir, Şiblivü Mənsur nədir, əjdaha olan ağac riştə ilən dar nədir?” deməklə Həllac Mənsurun “ənəl-həqq” nidasına hörmətlə yanaşan şair özünü də həmin “eşq darına” çəkilməsini deməklə, Həllacın asıldığı dar ağacını “eşq ağacı” adlandırır. Nəsimi poeziyasında Həllac Mənsurun “ənəl-həqq” ideyası əslində insanın Tanrı olması deyil, onun Tanrıda əriməsidir, yəni cüzin küllə qovuşmasıdır.

Nəsimi poeziyası keçmiş ilə bu gün arasında əlaqə yaratmaq baxımından tarixi gerçəkliyi özlərində əks etdirir, yaşadır və nəsildən-nəslə ötürür. Nəsimi poeziyasının əvəzolunmaz təsir gücü oxucuları mərd və mübarizliyə səsləmək, onlara daxili gözəllik və zənginlik aşılayır. Çoxfunksiyalılıq xüsusiyyəti daşıyan Nəsimi sözünün informativ məna yükünün araşdırılması bu gündə aktuallığını itirməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub

Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər

2027-ci il dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 60,6 faiz olacaq

Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizləri ilə 32 milyon tonadək yük daşınıb

Sahil Babayev: Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir

Bu saata olan əsas xəbərlər

Agentlik sədri: Azərbaycanda ilk dəfə "İstedadlar sərgisi"nin keçirilməsi planlaşdırılır

Maliyyə naziri: Dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamika qorunur

Abbas Əraqçi: İran diplomatiyaya üstünlük verir

Zaqreb Qran-Prisinin qalibi: Finalda alman cüdoçudan komanda yoldaşımın qisasını aldım - MÜSAHİBƏ

Fransada dövlət qulluqçularının həmkarlar ittifaqı noyabrın 17-də tətilə qoşulacaq

Aqrar sektorda süni zəka və yeni texnologiyalar məşğulluğu artıracaq

David Qurgenidze: Gürcüstan və Azərbaycan universitetləri arasında əməkdaşlığın genişləndirilməsi vacibdir

Yarpağı xurma, meyvəsi çiyələk, dadı tut – Lənkəranda qeyri-adi ağac diqqət çəkib

Sahil Babayev: 2027-ci ilin dövlət büdcəsi ölkənin inkişaf prioritetləri nəzərə alınmaqla hazırlanıb

İdris İsayev: Hazırda 1100-dən artıq Gürcüstan vətəndaşı Azərbaycanda ali təhsil alır

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında 1336 dronun məhv edildiyini bildirib

Fransadakı aksiyalarda prezident Makronun istefası tələb olunacaq

“Morgan Stanley” qlobal səhmlər üzrə investisiya mövqeyini artırıb

AzTU-da əcnəbi tələbələrlə görüş olub

Zaur Əliyev: Qabaqcıl texnologiyaların tətbiqi aqrar sektor mütəxəssislərindən fərqli bilik və bacarıqlar tələb edir

Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür

Yuxusuzluğun aradan qaldırılmasında xalq təbabətində istifadə olunan bitkilər

“Anthropic”in IPO-su süni intellekt sektoru üçün mühüm sınaq olacaq

Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb

İran Hörmüz boğazının açılması üçün möhləti iki günə endirib

Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib

Qızıl yeni həftəyə ucuzlaşma ilə başlayıb

İspaniyanın Kanar adalarına iki gün ərzində 2000-dən çox miqrant gəlib

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Becni qalası

“Sea Breeze”də “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib

Bölgə kitabxanalarının əməkdaşları rəqəmsal yeniliklər və elektron resurslarla tanış edilib

Misir Aralıq dənizindəki yeni qaz yatağında hasilata başlayıb

Parisdə və ətraf ərazilərdə təhsil müəssisələrinin yaxınlığında aksiyalar qadağan edilib

İran neftinin tədarükü dayandıqdan sonra Çin zavodları İraqa üz tutub

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

MDU-da elmi fəaliyyət stimullaşdırılır: 100-ə yaxın əməkdaş mükafatlandırılıb

“Goldman Sachs”: Neft bazarında kifayət qədər böyük təklif artıqlığı yarana bilər

Vətən müharibəsində həkimin yaddaşından silinməyən an: “Mən Daşaltıdan gəlirəm, Şuşaya yaxınlaşmışıq”

Cavid Qurbanov: Müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması prioritetdir VİDEO

Cavid Qurbanov: Müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması prioritetdir VİDEO

Qəbələdə məktəblilərə öz hüquqları barədə ətraflı məlumat verilib

Baş prokuror Kamran Əliyev Argentinanın ədliyyə naziri ilə görüşüb

Antonio Quterreş Rohingya müsəlmanlarının hüquqlarını bərpa etməyə çağırıb

Krım körpüsünün bağlanması qatarların hərəkətində gecikmələrə səbəb olub

Futbolçular niyə meydanda huşunu itirir? – İdman həkimi ilə müsahibə

Deputat: Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır

Nazir müavini: Bu ilin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib VİDEO

Nazir müavini: Bu ilin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib VİDEO

İstanbulda Azərbaycanın investisiya imkanlarına dair tədbir olub

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb

Xaçmazda minik avtomobili aşıb, sürücü ölüb, dörd nəfər xəsarət alıb

Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi görüşlər Azərbaycanın artan nüfuzunun göstəricisidir - ŞƏRH

“Amazon” şirkətinin 40 internet peykini daşıyan raketin missiyası uğursuz olub

Rəşad Mustafayev: Əmək bazarında dəyişikliklərin miqyası və sürəti artıq gündəlik həyatımızda hiss olunur VİDEO

Rəşad Mustafayev: Əmək bazarında dəyişikliklərin miqyası və sürəti artıq gündəlik həyatımızda hiss olunur VİDEO

Şeremetyevo hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb

Həftəsonu ölkə ərazisində 59 cinayətin açılması təmin olunub

Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb

Ronaldinyo 11 illik fasilədən sonra futbola qayıdıb

Azərbaycan-Cənubi Qafqazın tolerantlıq oazisi – MƏQALƏ

Ucar məktəbliləri ilə vətənpərvərlik və sağlam həyat tərzi mövzusunda görüş təşkil olunub

ABŞ doqquz tərəfdaş ölkə ilə süni intellektin təhlükəsizliyinə dair saziş imzalayıb

İngiltərə millisi ilkə imza atıb, İspaniyanın uğurlu seriyası başa çatıb

Şahdağda qar örtüyünün hündürlüyü 20 santimetrdir - FAKTİKİ HAVA

Urxan Ələkbərov: Azərbaycan dövlət idarəçiliyi sahəsində innovativ təcrübəsi ilə beynəlxalq maraq doğurur

İdarəçilik Akademiyası Qazaxıstanın dövlət qulluqçuları üçün növbəti təlim-təcrübə proqramına başlayır

İraq mediasında Zəfər Günü və işğaldan azad edilmiş ərazilərdə bərpa işləri barədə məqalələr dərc olunub

NASA-nın “Voyager-1” zondu kosmosda 26 milyard kilometr məsafə qət edir

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Bakıda güclü külək nəticəsində 32 ağac sınıb, 36 ağacın budaqları qırılıb

Birjalarda neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Birjalarda neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib VİDEO

COP31-də bu gün elm, sənaye və texnologiya məsələlərinə həsr olunub

İlin son sınağı: Azərbaycan millisi Andorra ilə qarşılaşacaq

FHN: Ötən həftə ərzində 182 yanğına çıxış olub, 61 nəfər xilas edilib VİDEO

FHN: Ötən həftə ərzində 182 yanğına çıxış olub, 61 nəfər xilas edilib VİDEO

ABŞ Putin, Tramp və Si Cinpin arasında noyabrın 19-da keçiriləcək görüşü təsdiqləyib

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür

Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib VİDEO

Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib VİDEO

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Paytaxtda qızıl-zinət əşyaları və mobil telefon oğurlayan şəxslər saxlanılıblar

Tailandda baş verən yanğın nəticəsində 11 nəfər həlak olub

Husilər Yəmənin müvəqqəti paytaxtı Ədənə doğru irəliləyirlər

Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək

SEPAH Bəhreyndə ABŞ radar stansiyasına dronlarla zərbə endirdiyini bildirib

Tramp ABŞ-də aviasiya sistemindəki problemlərə görə Bayden administrasiyasını günahlandırıb

Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub

FT: Jensen Huanqın “Nvidia”nın rəhbərliyinə qayıtması üçün kampaniya aparılır

Husilər Ər-Riyad yaxınlığında neft obyektlərinə zərbə endiriblər

ABŞ-nin təyyarədaşıyan gəmisi bir sutka ərzində Yaxın Şərqə çatacaq

UEFA Millətlər Liqası: İngiltərə yığması İspaniyanı məğlub edib

“Tesla” “Cybercab” robotaksilərini şəxsi istifadə üçün satışa çıxarıb

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında “Yubiley gecəsi” FOTO

Bakıda aşan ağac səbəbindən evdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb