NƏSİMİ RAYONUNDA YANĞIN BAŞ VERMİŞDİR
Bakı, 20 aprel (AZƏRTAC). Aprelin 20-də səhər saatlarında Nəsimi rayonunda üçmərtəbəli müxtəlif təyinatlı binada yanğın baş vermişdir. Hadisə zamanı xəsarət alan olmamışdır.
Vaxtında hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə hissələri yanğının yayılmasına imkan verməmişlər.
Yanğın nəticəsində binanın ümumi sahəsi 926 kvadratmetr olan mansardında yerləşən ofisin 350 kvadratmetri yanmışdır.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır, yanğının səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]