Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsillər: X-dən Alfaya-dək

Nəsillər: X-dən Alfaya-dək

Nəsillər: niyə biz bir-birimizdən fərqlənirik və doğrudanmı doğulduğumuz il xarakterimizi müəyyənləşdirir?

Bakı, 14 iyul, AZƏRTAC

Bu gün bütün dünyada X, Y, Z və artıq Alfa nəsilləri haqqında getdikcə daha çox müzakirələr aparılır. Bəziləri hesab edir ki, məhz insanın doğulduğu il onun işə, texnologiyalara, pula və ümumilikdə həyata münasibətini böyük ölçüdə müəyyənləşdirir. Digərləri isə belə bölgünü həddindən artıq şərti sayır və xatırladır ki, hər bir insan unikaldır. Bəs görəsən, kim haqlıdır?

Amerikalı müəlliflər Uilyam Ştraus və Nil Hounun tədqiqatları sayəsində geniş tanınan nəsillər nəzəriyyəsi tarixi hadisələrin, texnoloji inkişaf səviyyəsinin və ictimai dəyişikliklərin eyni dövrdə böyümüş insanlara necə təsir göstərdiyini izah edir. Lakin həm nəzəriyyənin müəllifləri, həm də bir çox müasir alimlər vurğulayırlar ki, söhbət ciddi elmi qanundan deyil, cəmiyyətin inkişafındakı ümumi meyilləri görməyə imkan verən bir modeldən gedir.

Məhz bu yazı ilə AZƏRTAC ekspertlərlə birlikdə müxtəlif nəsillərin dəyərlərinin, pula, karyeraya, texnologiyalara və həyata münasibətinin necə dəyişdiyini araşdıran “Nəsillər: X-dən Alfaya-dək” adlı yeni rubrikaya başlayır.

Ümumi tarixi hadisələr, texnoloji sıçrayışlar və həyat tərzində baş verən dəyişikliklər həqiqətən də insanlarda oxşar xüsusiyyətlər formalaşdırır. Bunu insan resursları (HR) sahəsində, psixologiyada, sosiologiyada və marketinqdə aparılan tədqiqatlar da təsdiqləyir. “Pew Research Center”in prezidenti Maykl Dimok qeyd edir ki, nəsillər nəzəriyyəsi bəşəriyyətin baxışlarında zaman keçdikcə baş verən dəyişiklikləri təhlil etmək üçün bir vasitədir. Bu isə o demək deyil ki, hər bir insan öz nəslinin “tipik nümayəndəsi”nə tam uyğundur. Lakin komanda işi və daxili kommunikasiyaların qurulması baxımından nəsillər arasındakı fərqləri anlamaq praktik üstünlük verir.

Texnologiyalar təkcə həyatı deyil, insanları da dəyişir

Sosioloq Mail Yaqub bildirir ki, insanların nəsillərə bölünməsi ideyası ilk növbədə genişmiqyaslı iqtisadi, texnoloji və sosial dəyişikliklərin nəticələrini izah etmək cəhdi kimi yaranıb.

Onun sözlərinə görə, texnologiyaların inkişafı, həyat tərzinin və sosial mühitin dəyişməsi qaçılmaz olaraq insan psixologiyasında da öz əksini tapır. İnternet yaranmazdan əvvəl böyüyən insanlar informasiyanı qəbul etmək, ünsiyyət qurmaq və qərar vermək baxımından uşaqlıqdan rəqəmsal dünyada yaşamış insanlardan fərqlənirlər. Sosial şəbəkələrin, smartfonların və informasiyaya fasiləsiz çıxış imkanının yaranması tamamilə yeni böyümə mühiti formalaşdırıb.

Ekspert vurğulayır ki, nəsillər nəzəriyyəsi bu dəyişikliklərin səbəblərini izah etməkdən daha çox, artıq baş vermiş ictimai transformasiyaları əks etdirir. Başqa sözlə, bu nəzəriyyə zamanın təsiri altında cəmiyyətin necə dəyişdiyini görməyə kömək edir.

Nəzəriyyə mövcuddur, lakin bu, mütləq həqiqət deyil

Psixoloq Nizami Orucov da hesab edir ki, nəsillər nəzəriyyəsinin mövcudluğu əsaslıdır, lakin onu mütləq həqiqət kimi qəbul etmək düzgün olmazdı.

Psixoloqun sözlərinə görə, eyni tarixi dövrdə böyümüş insanlar həqiqətən də oxşar texnologiyalar, iqtisadi şərait və ictimai proseslərlə qarşılaşırlar ki, bu da onların dünyagörüşünə qaçılmaz təsir göstərir. Məsələn, uşaqlığı internetsiz keçən insanın informasiyanı qavrama tərzi və müəyyən vərdişləri erkən yaşlarından smartfonlardan və rəqəmsal xidmətlərdən istifadə edən şəxsdən təbii olaraq fərqlənir.

“Lakin burada bir təhlükə var – insanları yalnız doğulduqları ilə əsasən eyni qəlibə salmağa çalışmaq. Hətta eyni nəslə mənsub olan iki insan belə xarakterinə, dəyərlərinə və davranış modellərinə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Ailə mühiti, təhsil, mədəniyyət, sosial vəziyyət və şəxsi həyat təcrübəsi insanın müəyyən nəslə aid olmasından heç də az əhəmiyyət kəsb etmir. Buna görə də nəsillər nəzəriyyəsini insanları daha yaxşı anlamağa kömək edən ümumi model kimi qiymətləndirmək olar, lakin onu dəyişməz psixoloji qanun hesab etmək olmaz”, – deyə Nizami Orucov vurğulayıb.

Nəsillər bir-birindən nə ilə fərqlənir?

Belə təsnifatların şərti xarakter daşımasına baxmayaraq, mütəxəssislər müxtəlif tarixi dövrlərdə böyümüş insanlara xas olan bir sıra xüsusiyyətləri qeyd edirlər.

X nəsli (1965–1980-ci illərdə anadan olanlar) ciddi siyasi, sosial və iqtisadi dəyişikliklər dövründə formalaşıb. Bu nəslin nümayəndələri daha çox sabitliyi, məsuliyyəti və intizamı qiymətləndirir, ilk növbədə öz güclərinə arxalanmağa öyrəşiblər. Onlar üçün peşəkarlıq, etibarlılıq və təhlükəsizlik hissi böyük əhəmiyyət daşıyır.

Y nəsli və ya millenniallar (1981–1996-cı illərdə anadan olanlar) həm analoq, həm də rəqəmsal dünyanı görmüş ilk nəsildir. Onlar texnoloji dəyişikliklərə daha asan uyğunlaşıblar, iş və şəxsi həyat arasında balansın qorunmasına daha çox önəm verirlər, özünüreallaşdırmaya, peşəkar inkişafa və gördükləri işdə məna axtarışına can atırlar.

Z nəsli və ya zumerlər (1997–2012-ci illərdə anadan olanlar) isə artıq rəqəmsal mühitdə böyüyüblər. İnformasiyaya sürətli çıxış, yüksək öyrənmə qabiliyyəti və yeni texnologiyalara açıqlıq onların güclü tərəfləri hesab olunur. Eyni zamanda, sosial şəbəkələrin həyatlarında daimi yer tutması yeni psixoloji çağırışlar da yaradıb – narahatlığın artması, özünü başqaları ilə müqayisə etmək vərdişi və daim uğurlu görünmək zərurəti hissi bunlar sırasındadır.

Alfa – süni intellektlə birlikdə doğulan ilk nəsildir

Bu gün mütəxəssislər getdikcə daha çox Alfa nəsli – təxminən 2010-cu ildən sonra dünyaya gəlmiş uşaqlar haqqında danışırlar. Hazırda bu nəslin ən böyük nümayəndələrinin təxminən 15 yaşı var və onların dünya üzrə ümumi sayı artıq iki milyardı ötüb.

Əgər Z nəsli üçün rəqəmsal texnologiyalar həyatın ayrılmaz hissəsinə çevrilmişdisə, Alfa nəsli birbaşa rəqəmsal reallığın daxilində doğulub. Planşet, smartfon, səsli köməkçi və süni intellekt alətləri onlar üçün əvvəlki nəsillərin televizor və ya kitabları qədər təbiidir.

Psixoloq Nizami Orucovun sözlərinə görə, Alfa nəslinin nümayəndələri yeni texnologiyaları sürətlə mənimsəmək bacarığı, vizual düşüncə tərzi və rəqəmsal mühitə asan uyğunlaşmaları ilə seçilirlər. Bununla yanaşı, mütəxəssislər diqqətin cəmlənməsinin zəifləməsi, ekranlardan asılılığın yaranması və təlim-tərbiyəyə yeni yanaşmaların tətbiqinin zəruriliyi kimi mümkün risklərə də diqqət çəkirlər.

Tədqiqatçılar hesab edirlər ki, məhz Alfa nəslinə süni intellektin, avtomatlaşdırmanın, yeni peşələrin və çevik məşğulluq formalarının gündəlik normaya çevrildiyi bir dünyada yaşamaq nəsib olacaq. Bununla yanaşı, texnologiyalarla əvəzlənməsi çətin olan bacarıqların – tənqidi düşüncə, emosional intellekt, ömürboyu öyrənmək qabiliyyəti və insanlarla səmərəli qarşılıqlı əlaqə qurmaq bacarığının əhəmiyyəti daha da artacaq.

Əsas məsələ fərdiliyi unutmamaqdır

Ekspertlər yekdil fikirdədirlər ki, hər bir yeni nəsil həqiqətən də əvvəlki nəsildən fərqli tarixi, iqtisadi və texnoloji şəraitdə formalaşır. Bu isə insanların vərdişlərinə, dəyərlərinə və həyat tərzinə qaçılmaz şəkildə təsir göstərir.

Lakin psixoloq Nizami Orucovun vurğuladığı kimi, insanın şəxsiyyətini yalnız onun doğulduğu ilə bağlamaq yanlış olardı. İnsanın kimliyi haqqında onun tərbiyəsi, təhsili, həyat təcrübəsi, ailə dəyərləri və mədəni mühiti daha çox məlumat verir.

Nəticə etibarilə, nəsillər nəzəriyyəsi cəmiyyətdə baş verən ümumi prosesləri daha yaxşı anlamağa kömək etsə də, konkret fərdi (insanı) anlamaq üçün bəs etmir. Bəlkə də əsas nəticə məhz bundan ibarətdir: nəsillər həqiqətən də bir-birindən fərqlənir, lakin istənilən təsnifatın arxasında hər zaman özünəməxsus həyat hekayəsinə malik bir şəxsiyyət dayanır.

Müəllif – Pərvanə Qafarova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abşeronun qədim tarixinin yadigarı: Qala qəsri - FOTOREPORTAJ

BMU-nun ikili diplom proqramının tələbələri Çində ölkəmizi təmsil ediblər

Bakıda İtaliya mətbəxinin ənənələri təqdim olunub

Sevinc Məhsimova: Könüllülərin fəaliyyəti inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verir

SOCAR-ın vitse-prezidenti: “Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir

“Rəqəmsal akademiya” proqramında süni intellektin dövlət idarəçiliyində tətbiqi müzakirə olunub

Ev təsərrüfatlarının uçotu dövlət proqramlarının real ehtiyaclara uyğun planlaşdırılması üçün etibarlı informasiya bazası olacaq

Yücel Karauz: Birliyimiz gücümüz, qardaşlığımız isə ən möhkəm körpümüzdür

Nəqliyyat və anbar təsərrüfatı sahəsində 14,2 milyard manatlıq xidmət göstərilib

Nazir müavini: Bu tədris ilində 53 təhsil müəssisəsində tikinti quraşdırma işləri aparılır

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclasına Bakı ev sahibliyi edəcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb

On ayda sənaye sektorunda 58,5 milyard manatlıq məhsul istehsal edilib

Azərbaycanlı opera müğənnisi "Carnegie Hall"da keçirilən beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanı U-23 Avropa çempionatında 7 boksçu təmsil edəcək

BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

XİN: Azərbaycan ASB-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb VİDEO

XİN: Azərbaycan ASB-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb VİDEO

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib

On ayda ÜDM istehsalı 1,7 faiz artıb

Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb

Qərbi Azərbaycanda tarixi abidələrimiz- Gülvəng məbədi

Çinli professor: Rəqəmsal texnologiyalar tarixi tikililərin sənədləşdirilməsi və memarlıq irsinin mühafizəsində mühüm rol oynaya bilər

Pekin Kimya Texnologiyası Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Bu gün Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

Kənan Kərimzadə: Müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manat təşkil edir

Azərbaycan Premyer Liqasında XIII turun proqramı açıqlanıb

Ərəb dünyasına açılan təhsil qapısı: UNEC nümayəndələri Mərakeşdə

74 ölkədə “Outlook”, “Teams” və “Copilot” xidmətlərinin işində nasazlıq yaranıb

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Media və Yayım Şurası açıqlama yayıb

"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə

Dövlət Proqramı təqaüdçüsü Böyük Britaniyanın Esseks Universitetində müəllim kimi fəaliyyətə başlayıb

QDF-in iştirakı ilə COP31 çərçivəsində Türkiyə pavilyonunda dayanıqlı şəhərsalma təcrübələri müzakirə olunub

Nazir müavini: Son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi 50 faizə yaxınlaşıb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib

Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub

Azərbaycanda 369 akkreditasiya olunmuş qurum fəaliyyət göstərir

Musa Qasımlı: Dövlət büdcəsindən elm sahəsinə 258 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub

Mərkəzi Bank Dünya Bankı ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

“Xankəndi” Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

UEFA Millətlər Liqası: Azərbaycan yığması son oyununa çıxır

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib

Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır

Avropa Kuboku: “Kür” Şimali Makedoniya təmsilçisi ilə qarşılaşacaq

Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq

Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

4SİM rəsmisi: Süni intellekt agentləri gələcəkdə fərdi iştirakçıların komanda funksiyasını yerinə yetirə biləcək

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

İnvestorların ucuzlaşmadan istifadə edərək alışlar etməsi qızılın qiymətinin artmasına səbəb olur

® “tpe”nin rəhbəri: 2028-ci il mühəndislik, tikinti və servis xidmətlərinə tələbatın pik həddə çatacağı dövrlərdən biri ola bilər

ABŞ-İran gərginliyinin neft bazarına təsiri davam edir

Alim: İrəvandakı Göy məscid Azərbaycan xalqının dini-mədəni irsinin ayrılmaz parçasıdır

On ayda Qəbələnin mehmanxana və hotellərində 92 min nəfər qarşılanıb

Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə olacaq

Bakıda sənayenin texnoloji və yaşıl transformasiyası müzakirə olunur

Bakıda “Eternity-2026” təliminin açılışı olub

Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib

Dakar-2026: Azərbaycan komandasının son təmsilçisi bu gün yarışacaq

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Ağsuda avtomobilin vurduğu piyada ölüb

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür

“Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

Arktikada buz örtüyünün azalması Avropada yay quraqlıqlarından xəbər verə bilər - Tədqiqat

“Bloomberg”: “SpaceX” və “Tesla” şirkətləri dekabrda birləşə bilər

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Kuşner: Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil

Böyük Britaniya miqrantların keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib

Vitkoff: Ukrayna ilə bağlı daha bir görüş planlaşdırırıq

İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Tramp: İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyəm

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək VİDEO

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO

Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub VİDEO

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub VİDEO

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib