Nərimanov rayonunda yanğın baş vermişdir
Bakı, 22 oktyabr (AZƏRTAC). Nərimanov rayonunun H.Əliyev küçəsində yanğın baş vermişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 21-də saat 20.30 radələrində Nərimanov rayonu ərazaisindəki H.Əliyev küçəsində Vəli Əliyevin mənzilində yanğın baş vermişdir. Yanğın söndürüldükdən sonra V.Əliyevin baş nahiyəsində kəsilmiş xəsarətləri olan meyiti aşkar edilmişdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır. Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]