“Neftçi” Benin millisinin futbolçusunu transfer edib
Bakı, 5 iyun, AZƏRTAC
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda Bakı təmsilçisinə keçib. 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Fransanın Bordo şəhərində anadan olan Sessi D Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib, son mövsümü Kiprin “Apollon” (Limassol) klubunda keçirib. 34 matçda meydana çıxıb, 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [19:09]
Yoxlama oyunu: Azərbaycan millisi Omana ikinci dəfə qalib gəlib
- 17.11.2026 [18:48]
“Mançester Yunayted” almaniyalı futbolçunu transfer etmək istəyir
- 17.11.2026 [18:30]
Nyu-Yorkda Azərbaycanın Zəfər Gününə həsr olunan şahmat turniri
- 17.11.2026 [16:57]
Tanınmış Formula 1 pilotu yenidən “Dakar” rallisində mübarizə aparacaq
- 17.11.2026 [16:01]
Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurub
- 17.11.2026 [15:01]
Mbappeyə qarşı irqçilik edən şəxs cəzalandırılıb
- 17.11.2026 [14:52]