Neftçalada narkokuryer saxlanılıb
Bakı, 21 may, AZƏRTAC
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Qəbələ rayon sakini Dəyanət Mirzəyev saxlanılıb. Ondan bir kiloqramdan artıq tiryək və heroin aşkarlanıb.
Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Araşdırma zamanı D.Mirzəyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən olunub.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.