NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Fevralın 8-də Azərbaycanın Baş naziri Artur Rasizadə Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınç başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul etmişdir.
Baş nazir ölkələrimiz arasında əlaqələrin səviyyəsini yüksək qiymətləndirərək, ümummilli liderimiz Heydər Əliyevin bu sahədə xidmətlərini vurğuladı və bildirdi ki, həmin xətt indi də davam etdirilir. Artur Rasizadə ölkəmizin dövlət müstəqilliyini birinci tanıyan Türkiyə rəhbərliyinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində respublikamızın mövqeyini beynəlxalq səviyyədə dəstəklədiyinə görə təşəkkürünü bildirdi.
Baş nazir ölkəmizdə aparılan iqtisadi islahatlardan danışaraq, Azərbaycan-Türkiyə hökumətlərarası iqtisadi komissiyasının işini gücləndirməyin zəruriliyini qeyd etdi.
Türkiyə parlamentinin başçısı Bülənt Arınç xalqlarımız arasında çoxəsrlik dostluq və qardaşlığın əbədi, sarsılmaz olduğunu nəzərə çarpdıraraq, Bakıda apardığı danışıqlardan razı qaldığını söylədi.
Qəbulda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev iştirak edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.11.2026 [17:03]
Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir
- 11.11.2026 [13:12]