NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Baş nazir qonaqları salamlayaraq, Avropa Komissiyası rəhbərinin ölkəmizə ilk səfərinin böyük əhəmiyyəti olduğunu vurğuladı və Azərbaycanın müstəqilliyinin ilk illərində göstərilmiş hərtərəfli yardıma görə təşəkkürünü bildirdi. Artur Rasizadə dedi ki, Azərbaycan Avropa qurumlarına inteqrasiyada maraqlıdır və regionda yeganə ölkədir ki, Avropa Komissiyasının verdiyi kreditləri tam həcmdə qaytarmışdır. Azərbaycanın Baş naziri bu təşkilatla əməkdaşlığın daha da genişləndiriləcəyinə ümid bəslədiyini bildirdi.
Artur Rasizadə ölkədə yaranmış ictimai-siyasi sabitlikdən, iqtisadi islahatların uğurla aparıldığından danışaraq, ümumi daxili məhsulun, xarici sərmayələrin həcminin ildən-ilə artdığını xatırlatdı. Eyni zamanda bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ölkəmiz üçün başlıca problem olaraq qalır.
Cənab Romano Prodi Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığının müxtəlif cəhətlərindən söz açaraq dedi ki, Avropa qonşuluğu siyasəti proqramı çərçivəsində inteqrasiya prosesinin yeni mərhələsi başlanır.
Qəbulda Baş nazirin müavini Abid Şərifov, Azərbaycanın Avropa Birliyi yanında nümayəndəliyinin başçısı Arif Məmmədov iştirak edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.11.2026 [19:21]
Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb
- 11.11.2026 [17:03]
Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir
- 11.11.2026 [13:12]