NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Baş nazir qonaqları salamlayaraq vurğuladı ki, ölkələrimiz arasında yaranmış dostluq münasibətlərinin inkişafına Pakistan Prezidenti Pərviz Müşərrəfin respublikamıza bu yaxınlardakı rəsmi səfəri yeni təkan vermişdir. Səfərin gedişində aparılmış danışıqlar, imzalanmış ikitərəfli sənədlər ölkələrimiz arasında əlaqələrin səviyyəsini daha da yüksəltməyin möhkəm təməlini qoymuşdur.
Artur Rasizadə beynəlxalq təşkilatlar çərçivəsində fəal ikitərəfli əməkdaşlıqdan danışaraq, qardaş ölkənin Azərbaycan barəsində dəyişməz mövqeyini və dəstəyini məmnunluqla vurğuladı, buna görə Pakistan rəhbərliyinə təşəkkürünü bildirdi.
Cənab Məhəmməd Əziz Xan Pakistan nümayəndə heyətinin Bakıda səmimiyyətlə qarşılandığını söyləyərək dedi ki, indiki səfər Pakistan Prezidentinin Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların, bir növ davamıdır. O, əməkdaşlığın müxtəlif tərəflərinə toxunaraq ticarət, iqtisadiyyat və hərbi sahədə münasibətləri inkişaf etdirməyin zəruriliyini nəzərə çarpdırdı.
Görüşdə Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli iştirak edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [20:27]
Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub
- 06.11.2026 [19:53]
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
- 06.11.2026 [19:38]
Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib
- 06.11.2026 [19:37]
Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub
- 06.11.2026 [19:01]
Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub
- 06.11.2026 [18:39]