“NAZİM HİKMƏT – 100”
Martın 12-də Səməd Vurğunun ev muzeyində görkəmli türk şairi Nazim Hikmətin anadan olmasının 100 illiyi münasibətilə ədəbi məclis keçirilmişdir.
Xalq şairi Səməd Vurğunun qızı, əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilova Nazim Hikmətin yaradıcılığından, şairin Azərbaycana bağlılığından, atası ilə səmimi dostluğundan və görüşlərindən danışdı.
Əməkdar incəsənət xadimi Nəriman Həsənzadə böyük sənətkarın şəxsiyyəti, yüksək insani keyfiyyətləri ilə bağlı xatirələrini söylədi.
Çıxış edən digər natiqlər Nazim Hikmət yaradıcılığına sonsuz sevgi və ehtiramlarını ifadə etdilər.
Axırda şairin şerlərindən nümunələr səsləndirildi, sənədli kinokadrlar göstərildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.11.2026 [18:55]
Zəfər təranələri: Sumqayıt Musiqi Kollecində Tarixi Qələbənin təntənəsi
- 05.11.2026 [17:28]
Zəfərin işığında: Gənclər Kitabxanasında şanlı tariximizə nəzər salınıb
- 05.11.2026 [15:49]
Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub
- 05.11.2026 [15:46]
Nəğməyə çevrilən Qələbə: Xor və orkestrin Zəfər töhfəsi
- 05.11.2026 [14:40]