Naxçıvan boksçuları uğurlu nəticələr əldə ediblər
Naxçıvan, 27 oktyabr, AZƏRTAC
Naxçıvan Boks Federasiyasının yetirmələri Bakı şəhərində keçirilən kişi boksçular arasında Azərbaycan çempionatında uğurlu nəticələr əldə ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Bakı Boks Mərkəzində keçirilən və 13 çəki dərəcəsi üzrə mükafatçıların müəyyənləşdiyi yarışda Naxçıvan Boks Federasiyasının yetirmələrindən ikisi çempion olub, digərləri isə ilk üç yerdə qərarlaşıblar. Belə ki, Tayfur Əliyev 60 kiloqram çəki dərəcəsi üzrə final görüşündə Şamil Əsgərovu (“Neftçi” İK) 4:1, Eldar Quliyev isə Surət Qarayevi (“Neftçi” İK) 4:0 məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər naxçıvanlı idmançılardan Sərxan Əliyev (71 kiloqram) gümüş, Orxan Aydəmirli (80 kiloqram) və Rəvan Əliyev (92 kiloqram) bürünc medal qazanıblar.
Qeyd edək ki, Tayfur Əliyev bu nəticə ilə karyerası ərzində 13-cü dəfə Azərbaycan çempionluğunu yaşayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [20:47]
Qazaxda V İdman Festivalına start verilib
- 17.11.2026 [20:32]
Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib
- 17.11.2026 [18:32]
Şəki Tibb Kollecində Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
- 17.11.2026 [17:56]