NASA Ayda binalar tikməyi planlaşdırır
Bakı, 4 oktyabr, AZƏRTAC
2040-cı ilədək Ayda bina tikmək niyyətində olan ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) bu məqsədlə Yerin təbii peykinə 3D printeri göndərməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, NASA mütəxəssisləri Ay səthindəki tozdan və daş qırıntılarından istifadə edərək beton hazırlayacaq və həmin materialdan tarixdə ilk Ay binaları tikəcək.
NASA bu məqsədinə çatmaq üçün Texas ştatının Ostin şəhərində yerləşən ICON inşaat kompaniyası ilə əməkdaşlığa başlayıb. Onlar Ayda yaşayış binaları, raketlər üçün eniş meydançası inşa etməyə imkan verən tikinti sistemi hazırlayacaq. Layihədə, həmçinin “Bjarke Ingels Group” və “SEArch+” kompaniyalarının memarları da iştirak edirlər.
Xatırladaq ki, insanların Aya enməsi 1969-cu ilin iyulundan 1972-ci ilin dekabrına qədər ABŞ-ın “Apollo” proqramı çərçivəsində həyata keçirilib. Həmin vaxtdan bəri Yerin təbii peykinə insan ayağı dəyməyib. NASA 2025-ci ildə start götürəcək “Artemis III” adlanan yeni missiyanın insanları Aya qaytaracağına ümid edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:42]
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
- 06.11.2026 [18:34]
Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb
- 06.11.2026 [18:31]
London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək
- 06.11.2026 [17:58]
Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib
- 06.11.2026 [17:14]
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
- 06.11.2026 [16:14]