NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Yasamal Rayon Polis İdarəsi 27-ci bölməsinin əməkdaşları Bakı şəhərinin sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədovdan 0,241 qram heroin götürmüşlər.
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Şükür Cəbiyevdən 1940,4 qram tiryək və 486,7 qram marixuana götürülmüşdür. Xətai Rayon Polis İdarəsi 37-ci bölməsinin əməkdaşları isə Tərtər rayon sakini Ruslan Ağayevdən 1,161 qram heroin müsadirə etmişlər. Narkotik vasitəni ona satmış Sumqayıt şəhərinin sakini Həmid Kişiyev saxlanılmış, ondan 1,61 qram həşiş götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]