NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıxanov qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Araz Əyyubovdan 0,168 qram heroin aşkar edərək götürmüşlər.
Nizami Rayon Polis İdarəsi 25-ci bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsgəndər Ağabəyovdan 1,78 qram həşiş, Suraxanı Rayon Polis İdarəsi 31-ci bölməsinin əməkdaşları Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyevdən 1,69 qram tiryək, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müşfiq İsgəndərovdan 1,144 qram tiryək və 1,138 qram heroin aşkar edərək götürmüşlər.
DİN Baş Mühafizə İdarəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə şəhər sakinləri Telman Rəhimov və qardaşı Əhliman şübhəli şəxs qismində saxlanılmışlar. T.Rəhimova məxsus “VAZ-2107” markalı avtomaşına baxış zamanı 0,7 qram heroin və 2 ədəd şpris, evindən isə 0,17 qram heroin, 2 ədəd şpris və 18 ədəd “Diozepam” həbi, Əhlimanın evinə baxış zamanı isə 1,14 qram heroin aşkar edilərək müsadirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]