NARKOTİK VASİTƏ AŞKARLANMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki yol-patrul xidməti aparatı postunda Salyan rayon sakini Əşrəf Rzayevin idarə etdiyi “VAZ-2103” markalı avtomaşın yol hərəkəti qaydalarını pozduğuna görə saxlanmışdır. Yoxlama zamanı nəqliyyat vasitəsində sürücünün həmyerlisi olan sərnişin Faiq Hüseynovdan 20,256 qram heroin aşkar edilmişdir.
Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində, Xırdalan qəsəbə sakini İsmət Tağıyevdən 0,279 qram heroin götürülmüşdür.
Masallı Rayon Polis Şöbəsinin işçiləri isə rayon sakini Mikayıl Nağıyevdən 1,5 qram heroin müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]