NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Nəsimi Rayon Polis İdarəsi 20-ci bölməsinin işçiləri Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Ağamalıyevdən 6,14 qram marixuana, Sabunçu Rayon Polis İdarəsi 12-ci bölməsinin əməkdaşları Valeri Ponomoryovdan 0,506 qram tiryək, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları isə Qubanın 1-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş Ramin Ağammədovdan 515 qram heroin müsadirə etmişlər.
Bundan başqa, Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları Göyşaban kənd sakini Məzahir Həbibovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 1 kiloqram olan 23 ədəd kənaf kolu aşkar etmişlər. M.Həbibovun evinə baxış zamanı 2,52 qram marixuana tapılmışdır.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]