NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Əzizbəyov Rayon Polis İdarəsinin 2-ci bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Maştağa qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş İlqar Səfərovdan 0,348 qram, Binə qəsəbəsinin sakini Rövşən Vəliyevdən 0,172 qram heroin götürülmüşdür. Onlarla birlikdə, heroin qəbul etdiyinə görə, Buzovna qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Valeri Lixaçov da tutulmuşdur.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş İntiqam Məmmədovdan 0,272 qram, Yasamal Rayon Polis İdarəsi 29-cu bölməsinin işçiləri isə Mehdi Soltanovdan 0,251 qram heroin götürmüşlər.
Faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]