NARKOTİK MADDƏ ALVERÇİLƏRİ YAXALANMIŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları Bakı şəhər sakini Mərdan Əliyevdən 2,532 qram heroin, Nəqliyyatda Baş Polis İdarəsinin işçiləri isə Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Rəhman Cəfərovdan 13,15 qram marixuana götürmüşlər.
Əzizbəyov Rayon Polis İdarəsi 3-cü bölməsinin əməkdaşları Qobustan qəsəbə sakini Qabil Həbibovdan 8,69 qram marixuana, Sabunçu Rayon Polis İdarəsi 13-cü bölməsinin işçiləri Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yuri Yaiçnikovdan 0,253 qram, Nizami Rayon Polis İdarəsi 23-cü bölməsinin əməkdaşları Bakı şəhər sakini Hafiz Şirinovdan 0,233 qram heroin aşkarlamışlar.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Rauf Ələsgərovdan 470 qram marixuana və 0,335 qram heroin, Yardımlı Rayon Polis Şöbəsinin işçiləri Yardımlı qəsəbə sakini Niyaməddin Sultanovdan 1,17 qram, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları isə Gürcüstan vətəndaşı Vasil Sasitaşvilidən 2 qram heroin müsadirə etmişlər.
Faktlarla bağlı araşdırmalar aparılır.