NARKOTİK MADDƏ ALVERÇİLƏRİ YAXALANMIŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədovdan 0,243 qram heroin tutulmuşdur.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Rəhman Teymurovdan 0,656 qram, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları Sabirabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Maqsud Kərimovdan 0,266 qram və Rəsul Rüstəmovdan 0,235 qram, Salyan rayon sakini Mübariz Abbasovdan isə 0,310 qram heroin, Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları Yevlax rayon sakinləri Əli Həmzəyevdən və Xan Musayevdən 8 qram marixuana götürmüşlər.
Əli Bayramlı Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Əlverdi İsmayılovdan 0,331 qram heroin götürülmüşdür. Narkotik vasitəni Ə.İsmayılova satmış həmyerlisi Aslan Əhmədov isə tutulmuş, evinə baxış zamanı 0,155 qram tiryək aşkar edilərək götürülmüşdür.
Əli Bayramlı şəhər sakini Ceyhun Əliyev də saxlanılaraq ondan 0,030 qram tiryək müsadirə edilmişdir. C.Əliyevin narkotik vasitəni həmyerlisi Mirələkbər Təfəzzüllüdən aldığı müəyyən olunmuşdur.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları isə rayon sakinləri Əflatun Əkbərov və Asif Şükürovu narkotik maddədən istifadə edərkən tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]