NARKOTİK MADDƏ ALVERÇİLƏRİ “İŞ BAŞINDA”YAXALANMIŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Narkotiklərlə Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Cabir Abbasov və Şuşa rayon sakini Rüfət Əliyev 108,21 qram marixuananı 400 ABŞ dollarına satarkən tutulmuşlar.
Sumqayıt Şəhər Polis İdarəsinin işçiləri şəhər sakini Natiq Həsənovdan 0,228 qram, Kürdəmir rayon sakini Mətanət Hüseynovadan 0,541 qram, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları Bakı sakinləri, əvvəllər məhkum olunmuş Nazim Mustafayevdən 0,272 qram, İlham Sadıqovdan isə 0,049 qram heroin müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]