MONİTORİNQ NƏ GÖSTƏRMİŞDİR?
Bakı, 17 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin monitorinqi departamenti Kür və Araz çaylarının, habelə onların sərhədyanı qollarının monitorinqini keçirərək çirklənmə səviyyəsini növbəti dəfə yoxlamışdır. Müəyyən olunmuşdur ki, martın ilk ongünlüyündə Kür çayında su sərfi fevralın üçüncü ongünlüyünə nisbətən saniyədə 94 kubmetr azalaraq, 290 kubmetr təşkil etmişdir.
Gürcüstandan və Ermənistandan təmizlənməmiş məişət tullantılarının və sənaye müəssisələrinin çirkab sularının Kürə axıdılması nəticəsində burada biogen maddələrin miqdarı normadan xeyli artıq olmuşdur. Spesifik çirkləndiricilərin - fenolların və mis birləşmələrinin miqdarı da yol verilən həddi ötmüşdür.
Məsələn, İkinci Şıxlı məntəqəsində fenolun miqdarı 3 dəfə, mis birləşmələrinin miqdarı 2 dəfə, Ağstafa məntəqəsində və Ağstafa su anbarında fenolların miqdarı 2 dəfə, mis birləşmələri isə 3 dəfə artıq olmuşdur.
Araz çayının monitorinqi göstərmişdir ki, burada su sərfi saniyədə 85,8 kubmetr olmuşdur. Horadiz məntəqəsində fenolların miqdarı yol verilən normadan 2 dəfə, mis birləşmələri 3,1 dəfə, Şahsevən məntəqəsində 3 dəfə, Bəhramtəpədə isə 2 dəfə artıq olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitariya normasına müvafiqdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]