MOBİL TELEFON OĞRULARI YAXALANMIŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Sahil Hüseynov Bakı şəhərində yaşayan tanışı Esmira Mehdiyevanın mənzilinə girərək, ona qol nahiyəsindən bıçaqla xəsarət yetirərək, mobil telefonunu və qızıl sırğasını almışdır.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Hüseynov tutulmuşdur.
Qobustan rayon sakini Çingiz Əzizov Nəsimi rayonunun, Moskva prospektindəki mağazanın satıcısı Sahib Hüseynova qarşı zor tətbiq edərək mobil telefonunu almışdır.
Ç.Əzizov Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulmuşdur.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]