MKİ DİREKTORU İNKAR EDİR
Onun sözlərinə görə, MKİ işgəncələrdən istifadə etmir, çünki bu, istənilən nəticələri vermir. O, tabeliyindəki əməkdaşların əl atdıqları metodların mahiyyətini açıqlamaqdan imtina etmişdir. Qoss əmin etmişdir ki, MKİ əməkdaşlarının hərəkətləri “qanunidir, səmərəlidir və işgəncə deyildir”.
Lakin, hər şeydən göründüyü kimi, amerikalılar belə bəyanatlara çox da inanmırlar. Gellap Təşkilatının, Si-En-En teleşirkətinin və “Yu-es-ey tudey” qəzetinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ vətəndaşlarının təxminən dörddə üç hissəsi əmindir ki, ABŞ hərbi qulluqçuları və hökumət idarələrinin əməkdaşları İraqda və başqa ölkələrdə məhbuslara işgəncə verilməsi üsullarından istifadə etmişlər.
Müsahibə zamanı Qoss MKİ-nin digər ölkələrdə gizli həbsxanaları və burada terrorizmdə şübhəli bilinən şəxslərin saxlanıldığı barədə suala cavab verməkdən yayınmışdır. O, mətbuatın bu barədə xəbərlərini cəfəngiyat adlandırmışdır. MKİ direktoru vurğulamışdır ki, terrorizmlə mübarizə, o cümlədən terrorçuların axtarılması qanuna tam müvafiq surətdə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [15:39]
“Alışan buzdan” qaz hasil edilməsinin metodu kəşf olunub
- 12.11.2026 [15:30]
Mixeil Kavelaşvili Türkiyə Prezidentini Gürcüstana dəvət edib
- 12.11.2026 [15:29]
“Bundesbank”: Almaniyada maliyyə sabitliyinə yönəlmiş risklər artır
- 12.11.2026 [15:04]
Tacikistan 2027-ci ildə KTMT-yə sədrlik edəcək
- 12.11.2026 [14:53]
Fransada bomba həyəcanı səbəbindən qatarların hərəkəti dayandırılıb
İstehlak qiymətləri açıqlanıb
- [15:22]
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]