Misirdə Afrika Kosmik Agentliyi fəaliyyət göstərəcək
Qahirə, 31 yanvar, AZƏRTAC
Afrika İttifaqının qarşıdakı sammitində Afrika Kosmik Agentliyinin təsis edilməsi barədə qərar qəbul ediləcək. Agentliyin mənzil-qərargahı Misirdə yerləşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Qahirədə keçirilən mətbuat konfransında Misir Kosmik Agentliyinin icraçı direktoru Məhəmməd əl-Kosi məlumat verib. O əlavə edib ki, Keniya, Uqanda, Qana, Sudan və Nigeriyanın birgə əməkdaşlığı ilə kosmosa peyk buraxılması da nəzərdə tutulur.
Bundan başqa, Misir Kosmik Agentliyi bu ilin dekabrında “Next” peyklərini də kosmosa göndərməyi planlaşdırır. Almaniya ilə əməkdaşlıq şəraitində hazırlanan və kosmosda elmi tədqiqatlar aparacaq ilk peykin çəkisi 65 kiloqram olacaq. 2022-ci ilin sentyabrında isə 330 kiloqram çəkisi olacaq “EgyptSat2” rabitə peyki kosmosa göndəriləcək. Bu peykin hazırlanması üçün Çin hökuməti Misirə 45 milyon dollar qrant ayırıb.
Agentliyin icraçı direktoru bildirib ki, Misirdə yerləşəcək Beynəlxalq Kosmos Mərkəzi ərəb və Afrika ölkələrinin ilk kosmik tədqiqatlar mərkəzi olacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [12:43]
Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq
- 13.11.2026 [11:31]
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
- 13.11.2026 [10:50]
Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb
- 13.11.2026 [10:31]
Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub
- 13.11.2026 [08:01]
SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb
Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar
- 12.11.2026 [23:58]
Türkiyə millisi Belçikaya məğlub olub
- 12.11.2026 [23:36]