Misirdə 4,6 bal gücündə zəlzələ olub
Qahirə, 19 fevral, AZƏRTAC
Fevralın 19-da yerli vaxtla saat 14:47-də Misirin Qərbi Səhra bölgəsində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ olub. AZƏRTAC xəbər verir ki, 12 kilometr dərinlikdə baş vermiş yeraltı təkanların episentri ölkənin şimal-şərqindəki Asuan vilayətinin Əbu Simbel şəhərindən 300 kilometr aralıda yerləşib.
Misirin Astronomiya və Geofizika İnstitutunun direktoru Qad əl Qadi bildirib ki, zəlzələ ətraf rayonlarda da hiss edilib. Onun sözlərinə görə, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [22:14]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]