MİRDƏ PAMBIQ YIĞIMI SÜRƏTLƏ DAVAM ETDİRİLİR
Bir neçə gündür ki, əməkçilər kütləvi surətdə məhsul toplanmasına başlamışlar. Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Əşrəf Şükürov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yığım kampaniyasında 2000 nəfərədək işçi iştirak edir. 20-dən çox lafetli traktor, 15 avtomaşın toplanmış məhsulun daşınmasına cəlb edilmişdir. Yığılan məhsul “Pambıq” ASC-nə təhvil verilir. Keçən ildən fərqli olaraq bu il cəmiyyət pambığın hər kiloqramının satınalma qiymətini 1100 manatdan 1200 manata qaldırmışdır. Hər gün fermerlər və fərdi torpaq sahibləri qəbul məntəqəsinə 50-60 ton “ağ qızıl” göndərirlər. 500 hektarda pambıq yetişdirən “Vüqar” fermer təsərrüfatında, Karrar, Köhünlü, Muradxan və digər bir sıra ərazi bölgələrində məhsul yığımı daha mütəşəkkil davam etdirilir.
Mütəxəssislərin qənaətinə görə, bu il rayonda 3 min ton pambıq toplanacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]