MİNGƏÇEVİRİN YENİ ÜNVANLARI
Regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısı Mingəçevirdə də tikinti işlərinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına və sahibkarlığın inkişafına təkan vermişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Kür sahilində dünya standartlarına cavab verən mehmanxana kompleksi, idman sağlamlıq mərkəzi, çoxmərtəbəli yaşayış evi, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bina, yeni ticarət mərkəzi inşa edilir. Sahibkarlar tərəfindən açılmış istehsal təyinatlı obyektlərdə 200 nəfərə yaxın şəhər sakini işlə təmin olunmuşdur.