MİNGƏÇEVİRDƏ KOMPÜTER ZAVODU TİKİLİR
Mingəçevirdə rabitə-informasiya texnologiyaları məhsulu istehsal edən zavod inşa edilir.
AZƏRTAC xəbər verir ki, azı 400 nəfərin işləyəcəyi həmin müəssisədə hazırlanacaq kompüterlər, ilk növbədə, respublikamızın ümumtəhsil məktəblərinin tələbatını ödəyəcəkdir.