Mingəçevirdə bacı bacısını bıçaqlamışdır
Bakı, 4 iyul (AZƏRTAC). Mingəçevir şəhərində bıçaqlanma hadisəsi qeydə alınmışdır. Ailə münaqişəsi zəminində Şəki sakini bacısına bıçaqla xəsarət yetirmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 3-də saat 22.00 radələrində Mingəçevir şəhərində yaşayan Şəki rayon sakini Nazilə Abdullayeva ailə münaqişəsi zəminində bacısı Xəyaləyə bıçaqla xəsarət yetirmişdir. N.Abdullayeva Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Bundan başqa Gəncə şəhəri ərazisində, şəhər sakini Nicat Ələkbərov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir.
Nizami (Gəncə) Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Orxan Məmmədov saxlanılmışdır.
Hər iki faktla bağlı cinayət işi başlanmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]