“MİLYARD AĞAC” QLOBAL TƏŞƏBBÜSÜ DAVAM ETDİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, “Milyard ağac” qlobal təşəbbüsünün iştirakçıları qarşıya qoyulmuş vəzifəni cəmi 18 ay ərzində nəinki yerinə yetirmiş, hətta 155 ölkəni əhatə edən hərəkatın katalizatoru olmuşlar. Bu müddət ərzində cəmi 2 milyard ağac əkilmişdir. Planetin yaşıllaşdırılması kampaniyasında Yer kürəsnin müxtəlif guşələrindən milyonlarla insan iştirak etmişdir. Bunu Nyu-Yorkda mətbuat konfransında BMT-nin ətraf mühitə dair Proqramının (YUNEP) icraçı direktoru Axim Ştayner bildirmişdir.
YUNEP-in “Milyard ağac” kampaniyası 2006-cı ilin noyabrında Nayrobidə iqlimin dəyişdirilməsi haqqında BMT-nin Çərçivə konvensiyasının iştirakçısı olan dövlətlərin Konfransının 12-ci sessiyasında elan edilmişdir. Layihənin ideya ilhamçıları Keniyadan Nobel sülh mükafatı laureatı Vanqari Maatai və Monako knyazı II Albert olmuşlar. Qlobal istiləşmə ilə bağlı riskləri azaltmaq üçün bir milyard ağac əkmək təklif edilmişdi. Bu, ətraf mühitin vəziyyəti ilə bağlı təşvişi praktikada nümayiş etdirmək cəhdi idi. Axı, ağaclar parnik effekti təzahürünün əsas səbəbi olan karbon qazını fəal surətdə udur.
Planetin mühafizəçiləri qazanılmış müvəffəqiyyətlə kifayətlənməmək qərarına gəlmiş və hazırda öz yeni məqsədini elan etmişlər: 2009-cu ilin sonunadək yeddi milyard ağac əkmək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]