Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ OLİMPİYA KOMİTƏSİNDƏ GÖRÜŞ

Oktyabrın 15-də Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev bu ilin sentyabrında yunan-roma güləşi üzrə Moskvada keçirilmiş dünya çempionatında ikinci yeri tutmuş Fərid Mansurov, onun məşqçisi Əliqulu Həsənoğlu, bu idman növü üzrə yığma komandamızın məşqçisi Elçin Cəfərov və respublika Güləş Federasiyasının prezidenti Abbas Abbasov ilə görüşmüşdür. 

İLHAM ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Əziz dostlar, mən sizi növbəti qələbə münasibətilə təbrik etmək istəyirəm. Bu yaxınlarda Moskvada yunan-roma güləşi üzrə dünya çempionatı keçirilmişdir və orada bizim gənc idmançımız Fərid Mansurov gümüş medala layiq görülmüşdür. Bu, çox böyük uğurdur. Səhv etmirəmsə, bizdə son dəfə yunan-roma güləşi üzrə dünya çempionatında medal 1994-cü ildə qazanılmışdır. O vaxtdan sonra o qədər də böyük uğurlarımız olmayıbdır. Ona görə çox sevindirici haldır ki, olimpiya oyunlarına iki il qalmış bu idman növündə də gözəl nəticə var, uğur var.

Nəzərə alsaq ki, Fərid gəncdir, 20 yaşı var, onda deməyə əsas var ki, gələcəkdə hələ uzun illər ərzində Azərbaycanı, güləş məktəbimizi dünya miqyasında ləyaqətlə təmsil edəcəkdir. Əlbəttə, arzumuz odur ki, olimpiya oyunlarına vəsiqə qazansın və orada indikindən aşağı olmayan bir nəticə göstərsin. Mən buna əminəm.

Azərbaycanda güləş milli, ənənəvi idman növüdür. Bizim güləşçilərimiz beynəlxalq yarışlarda daim yaxşı nəticələr göstərmişlər. Çox sevindirici haldır ki, sərbəst güləş üzrə Avropa çempionatı bu yaxınlarda Bakıda keçirildi və idmançılarımız gözəl nəticələr göstərdilər. Bu onu göstərir ki, Azərbaycanda idman inkişaf edir, beynəlxalq idman qurumları bizə inamla yanaşırlar. Belə bir mötəbər yarışın Azərbaycanda keçirilməsi, əlbəttə, bu inamın təzahürüdür, nəticəsidir.

Güləş Federasiyasında işlər çox yaxşı gedir. Mən buna çox sevinirəm. Abbas müəllim uzun illərdir federasiyaya rəhbərlik edir. Burada idmanın iki növü birləşir. Buna baxmayaraq, nəticələr də çox gözəldir, deyə bilərəm ki, Azərbaycan idmanında Güləş Federasiyası ən sanballı, ən fəal federasiyalardan biridir. Təsüdüfi deyil ki, bizim olimpiya medallarımızın birini də məhz güləşçimiz qazanıbdır. Avropa çempionatının üç medalı güləşdə qazanılıbdır. Bu dəfə də dünya çempionatının gümüş medalı qazanılıbdır. Mən əminəm ki, Abbas müəllimin rəhbərliyi altında federasiya, idmançılar, məşqçilər gələcəkdə də öz işlərinə böyük məsuliyyətlə yanaşacaqlar, Azərbaycanın idman ictimaiyyətini, azarkeşləri, bütün xalqımızı növbəti uğurlarla sevindirəcəklər. Mən sizi - Abbas müəllimi, Fəridi, yığma komandamızın baş məşqçisini, Fəridin məşqçisini bir daha təbrik edirəm.

Mən bilirəm ki, belə bir mötəbər yarışda medal qazanmaq çətin işdir. Həmişə demişəm, bəzi hallarda rəsmi statistikaya baxanda, yaxud televiziya və qəzet vasitəsilə idman yarışı haqqında məlumatı izləyəndə və görəndə ki, idmançımız qızıl, gümüş medal qazanıb, - xüsusilə indi Azərbaycanda idmanın hər bir növündə böyük uğurlar var, - bizim ictimaiyyət bunu adi qarşılayır, bir növ buna vərdiş edibdir. Amma yarışı canlı şəkildə izləyəndə hər bir insan görür ki, nə qədər böyük zəhmət, fədakarlıq, qəhrəmanlıq tələb olunur. Biz, olimpiya oyunlarını canlı şəkildə izləyən insanlar bunu çox gözəl bilirik. Bilirəm ki, dünya cempionatında da rəqabət çox böyük idi, Fəridin çəki dərəcəsində idmançılar da çox güclü idi. Buna baxmayaraq, o, ölkəmizi ləyaqətlə təmsil edibdir. Sizi bir də təbrik edirəm.

Güləş Federasiyasının prezidenti ABBAS ABBASOV Milli Olimpiya Komitəsinin 10 illik yubileyi münasibətilə İlham Əliyevi təbrik etdi, son illər ərzində gənclərimizə, idmançılarımıza göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi. O dedi ki, olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında əldə olunmuş nailiyyətlər Prezident Heydər Əliyevin bu sahəyə verdiyi böyük əhəmiyyətin və diqqətin nəticəsidir. Biz idmançılar bunu daim yüksək qiymətləndiririk.

Fərid Mansurov ötən il Özbəkistanda gənclər arasında dünya çempionatının qızıl medalını, bu il isə yaşlılar arasında gümüş medal qazanmışdır. Sərbəst güləş üzrə dünya çempionatında isə olimpiya çempionu Namiq Abdullayev gümüş medala layiq görülmüşdür. Dünya Güləş Federasiyası ilə aparılan danışıqlara əsasən, 2005-ci ildə yaşlılar arasında sərbəst güləş üzrə dünya çempionatı Azərbaycanda keçiriləcəkdir.

Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Elçin Cəfərov, dünya çempionatının gümüş mükafatçısı Fərid Mansurov, onun məşqçisi Əliqulu Həsənoğlu idmançılara böyük qayğı göstərdiyinə görə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, Gənclər, İdman və Turizm Nazirliyinin və Güləş Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildirdilər, gələcək planları və iştirak edəcəkləri yarışlar barədə ətraflı məlumat verdilər.

MOK-un prezidenti İLHAM ƏLİYEV görüşün sonunda dedi:

- Doğrudan da nazirlik çox böyük gərgin iş aparır və idmanla bağlı tədbirlər keçirir, idmançıların beynəlxalq yarışlarda iştirakını təmin edir. Azərbaycan çox nadir ölkədir ki, Milli Olimpmya Komitəsi ilə Gənclər, İdman və Turizm Nazirliyi arasında həqiqi mənada əməkdaşlıq, dostluq var. Biz çox yaxşı dərk edirik ki, bir amala qulluq edirik. O da Azərbaycan idmanının güclənməsi, idmançılarımızın uğurlu çıxışlarının təmin olunmasıdır.

Bu yaxınlarda qonağımız olan Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti cənab Smirnov da qeyd etdi ki, bir çox ölkələrdə İdman Nazirliyi ilə Olimpiya Komitəsi arasında ziddiyyətlər var. Demək olar ki, əksər ölkələrdə, o cümlədən Rusiyada və başqa ölkələrdə belədir. Azərbaycan yeganə olmasa da, bu iki qurumun əl-ələ verib birgə fəaliyyət göstərdiyi ölkələr çox deyildir. Bu, çox mühüm bir amildir.

Hesab edirəm, idmançılarımızın da uğurları, onlara yaradılan gözəl şərait və onlar tərəfindən bu şəraitdən səmərəli istifadə edilməsi məhz bu amilə, bizim birgə fəaliyyətimizə söykənir. Əlavə etsək ki, bizim federasiyalar da vahid bir komandanın tərkibindədir, çox böyük işlər görürlər, yükün böyük hissəsini üzərilərinə götürürlər, onda demək olar ki, son illər ərzində Azərbaycanda idmanda əldə edilmiş nailiyyətlərin səbəbləri də aydın olur. Məhz bu qarşılıqlı əməkdaşlıq nəticəsində uğurlar əldə etmək mümkün olubdur. Bir tərəfdən, idmana rəhbərlik edən qurumların birgə fəaliyyəti, digər tərəfdən isə, idmançılarımızın gözəl, məsuliyyətli çıxışları bütün bu uğurları təmin edir.

Qeyd olundu ki, 2005-ci ildə Azərbaycanda böyüklər arasında sərbəst güləş üzrə dünya çempionatı keçiriləcəkdir. Bu, çox sevindirici bir xəbərdir. Bilirsiniz ki, Azərbaycanda beynəlxalq yarışların, Avropa və dünya çempionatlarının keçirilməsi, səhv etmirəmsə, 1999-cu ildən başlanıbdır və ilk dəfə yeniyetmələr arasında boks üzrə Avropa çempionatı keçirildi. Ondan sonra bodibildinq, sərbəst güləş, şahmat üzrə və s. yarışlar keçirildi.

Yadımdadır, 1999-cu ildə biz həmin çempionatı keçirəndə çox həyəcanlı idik. Fikirləşirdik ki, biz bunu necə keçirəcəyik. Çünki bizim təcrübəmizdə bu, ilk hal idi. Amma yəqin ki, o yarış da Azərbaycanı beynəlxalq idman ailəsi qarşısında daha yaxşı tanıtdı. Digər federasiyalar bizim xahişimizi nəzərə alıb öz çempionatlarını Azərbaycanda keçirmələri haqqında qərar qəbul etdilər. Bu, çox vacib bir amildir. Hər bir ölkə üçün idmanın inkişafı istiqamətində çox vacib bir amildir. Çünki hər bir belə çempionat, yüksək səviyyəli yarış Azərbayanda idmanı daha da populyarlaşdırır.

Əminəm ki, bu yarışdan sonra idman bölmələrinə axın daha da güclənəcəkdir. Əlbəttə, nəzərə alsaq ki, artıq bizdə gözəl təcrübə var və sərbəst güləş üzrə son Avropa çempionatı bunu göstərdi. Bilirsiniz ki, qonaqlar necə razı idilər. O vaxt demişdilər ki, Azərbaycanda dünya çempionatı da keçirilə bilər. Mən çox şadam ki, onlar belə qərara gəldilər və deyə bilərəm ki, burada sizin də əməyiniz çox böyükdür. Bax bu şəkildə, belə yollarla biz Azərbaycanda idmanı daha da inkişaf etdirə bilərik.

İdmanın bugünkü səviyyəsi də çox yüksəkdir. Yenə də bir neçə gün əvvəl buraya gəlmiş Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti cənab Smirnovun sözlərinə qayıdıram. O demişdir ki, Azərbaycan artıq dünyada aparıcı idman ölkələrinin sırasındadır. Bu, çox böyük bir qiymətdir. Yəqin biz bir neçə il bundan əvvəl bunu heç təsəvvür edə bilmirdik. Amma bu, reallıqdır. Bu reallıq da onu göstərir ki, harada iş var, harada insanlar işə məsuliyyətlə yanaşırlar, orada mütləq nəticə də olacaqdır.

Mən çox şadam ki, bizim idmançılarımız, onların məşqçiləri yaradılmış gözəl şəraitdən istifadə ediblər və ölkəmizi ləyaqətlə təmsil edirlər. Əminəm ki, gələcəkdə də təmsil edəcəklər. Sağ olun.

X X X

Axırda MOK-un prezidenti İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Komitə sədri: 2027-ci ildə orta aylıq pensiya məbləğinin 640 manat olacağı proqnozlaşdırılır

Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb

Milli Məclisin komitə sədri: Gələn il bir sıra sosial müavinətlər artırılacaq

Pakistanlı nazir: “ASAN xidmət” modeli dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını artırır

Nazirlik: 500-dən çox müharibə əlili yüksək texnologiyalı protezlərlə təmin edilib

® “Rabitəbank” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Seçmə mərhələ: Azərbaycan basketbol millisinin ev oyunlarına biletlər satışa çıxarılıb

Süni intellekt hazır məlumatlar olmadan yeni biliklər əldə edə biləcək - ARAŞDIRMA

Rolf Alter: Gələcək çağırışları müəyyənləşdirən mütəxəssislərlə məsləhətləşmələr aparılmalıdır

Tibb bacısı: Göz yaşlarımızı yaralı əsgərlərdən gizlədirdik VİDEO

Tibb bacısı: Göz yaşlarımızı yaralı əsgərlərdən gizlədirdik VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftəsonlarında əlavə qatar reysləri həyata keçiriləcək

“Zəfərin toponimik izləri”: azad olunmuş torpaqların coğrafi adları araşdırılır

Nabil Gangi: FAO akvakultura sahəsində Azərbaycana dəstək verməyə hazırdır

Azərbaycançılıq: etnik müxtəlifliyi dövlətçilik məfkurəsində birləşdirən milli ideya - ŞƏRH

Bərdədə toxum-sərgi satış yarmarkası olub

Azərbaycan Premyer Liqasında XI turun oyunlarına hakim təyinatları açıqlanıb

Bakı qlobal dialoq platforması kimi: Azərbaycanın artan fəallığı və xarici siyasət uğurları - ŞƏRH

Rania Al-Mashat: “ASAN xidmət” modeli digər ölkələr üçün də nümunədir

Natiq Məmmədli: Azərbaycan jurnalistikası Vətən müharibəsində çox böyük sınaqdan keçib

“Qərbi Abşeron” yatağında yeni stasionar dəniz özülü istismara verilib

Fərid Qayıbov Monakoda idmana məsul nazirlərin iclasında iştirak edib

Ryazana kütləvi dron hücumu sənaye obyektlərində yanğınlara səbəb olub

Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun xatirəsi anılıb

Deputat: Hər bir dövlət ərzaq təhlükəsizliyi məsələsinə ciddi diqqət ayırır

Adriana Alberti: Dövlət institutları müasir çağırışlara uyğunlaşmalı və ictimai etimadı qorumalıdır

Milli Kitabxanada 6 Noyabr - Televiziya və Radio Gününə həsr olunmuş sərgi açılıb

DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət olunub? – statistika

Məcnun Məmmədov: Xəzəryanı və qonşu ölkələrlə elmi tədqiqatlar üzrə əməkdaşlığın genişləndirilməsini vacib hesab edirik

BMT rəsmisi: Bakı sammitinin əsas məqsədi gələcəkdə atılmalı olan konkret addımları müəyyənləşdirməkdir

Şanxayda 9-cu Çin Beynəlxalq İdxal Sərgisi fəaliyyətə başlayıb

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fransanın şəhərlərində etiraz nümayişləri və tətillər başlayır

Cüdo üzrə yeniyetmələr arasında şəhər birinciliyi keçiriləcək

Nazir: Əsas hədəfimiz akvakultura üzrə illik istehsal həcmini 2030-cu ilədək 7700 tona çatdırmaqdır

“ASAN xidmət” Cibuti və Şri-Lanka ilə anlaşma memorandumları imzalayıb

Ötən gün 64 cinayətin açılması təmin olunub

Səudiyyə Ərəbistanı və Suriya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Li Junhua: “ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsində mühüm nümunədir

Qızılın qiymətində artım davam edir

UEFA Avropa Liqasında bu gün daha 17 oyun keçiriləcək

Özbəkistan Prezidenti iqtisadi sektorlarda dronlardan istifadəni genişləndirməyi tapşırıb

Yaponiyanın ənənəvi şodo xəttatlığı UNESCO-nun mədəni irs siyahısına tövsiyə olunub

Çelenc Kuboku: Azərbaycan voleybol klubu cavab oyununa çıxır

Müharibənin bitəcəyinə dair ümidlər fonunda neft ucuzlaşmaqda davam edir

Azərbaycan və Özbəkistanın innovasiya ekosistemləri arasında əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb

Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nəyə diqqət yetirməliyik?

BMT Baş katibinin müavini: Dünyanın hər yerində dövlət institutları görünməmiş sınaqlarla üzləşirlər

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib

ABŞ İran neftini daşıyan Hindistanın dənizçilik şəbəkəsinə sanksiya tətbiq edib

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Konfrans Liqası: “Trabzonspor” bu gün Almaniya klubu ilə qarşılaşacaq

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu işə başlayıb

“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına

UNEP: Dünya mövcud iqlim şəraitinə uyğunlaşmağa hazır deyil

Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti işə başlayıb VİDEO

Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti işə başlayıb VİDEO

“BilBacar” müsabiqəsinə qeydiyyat başlanıb

Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər təşkil ediləcək

Binəqədi, Xətai və Xəzər rayonlarının bir sıra yaşayış sahələrində işıq olmayacaq

Azərbaycan nefti 106,81 dollara satılır VİDEO

Azərbaycan nefti 106,81 dollara satılır VİDEO

Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı icra olunub

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb

® “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min manat pul mükafatı təqdim edib

Agentlik: Çaylarda bəndbərkitmə və məcratəmizləmə işləri görülür

Bu gün futzal üzrə Azərbaycan millisi Çexiya komandası ilə qarşılaşacaq

Parisdə “Şərəfin əks-sədaları” adlı musiqi gecəsi təşkil edilib

Paytaxtın bəzi yollarında sıxlıq var

Bu gün paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq

MDU-da elmi karyeraya dəstək məqsədilə ödənişsiz məşğələlər təşkil edilir

Media: ABŞ İrana qarşı növbəti addımları müəyyən edə bilmir

İğdırda Zəfər sevinci – YENİLƏNİB

“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb

Zəfər Günü Torontoda qeyd edilib

Oğuzda velosiped və kross qaçışı turniri təşkil olunub

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub – YENİLƏNİB 3

Devid Qarrett: Ümid edirəm ki, gələcəkdə Bakıya tez-tez gəlmək imkanım olacaq

Almaniyanın Bavariya əyalətinin Baş nazirinin müavini hoteldə ölü tapılıb

Rusiyada Azərbaycandan geri qaytarılmış məhsul satışdan çıxarılır

Danimarkada on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib

Avropa Liqasının liqa mərhələsində IV tura start verilib

Şəhid İsmayıl Kərimliyə həsr edilmiş sənədli filmin təqdimatı olub

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar

Çempionlar Liqası: "Fənərbağça" "Liverpul"u məğlub edib

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsi keçirilir

Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivləri açılıb

ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib

"Vikinq"in və “Sabah”ın start heyətləri açıqlanıb

Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər

Xorvatiyada Zəfər Günü qeyd edilib

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Böyük Britaniyada hakerlər məktəblərə aid sənədləri oğurlayaraq internetdə yayıblar

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Şəhid atası: “İsmayıl məqamı” filmi gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verəcək

Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb

Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində iştirak edir

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib

Gürcüstanın Avropa Komissiyasına son hesabatla bağlı əsaslandırılmış şərhlər təqdim edəcəyi açıqlanıb