Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mətbuat konfransı VIDEO

Vyana, 13 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 13-də imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin mətbuat konfransı olmuşdur.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.

 

Prezident Haynts Fişerin

bəyanatı

 

- Cənab Prezident, Sizi və nümayəndə heyətinizi burada, Avstriyada rəsmi səfər çərçivəsində salamlamaqdan olduqca məmnunam.

Azərbaycana, Bakıya 2011-ci ilin payızında etdiyim səfər yaxşı xatirimdədir. Bizim o vaxt Bakıda, indi isə Vyanada çox məhsuldar müzakirələrimiz oldu. Əməkdaşlığımız üçün bir çox sahələr mövcuddur. İndicə imzaladığımız Bəyannamədə ölkələrimiz arasındakı dostluq münasibətlərimiz və tərəfdaşlığımız əksini tapıb. Məsələn, Bəyannamədə hər iki ölkədə demokratiyaya, insan hüquqlarına hörmətlə yanaşmaya, qanunun aliliyinin təşviqinə sadiqlik vurğulanır. Sənəddə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin vacibliyi qeyd edilir.

Mən uzun sürən bu problem, münaqişə ilə bağlı vəziyyətin daha da yaxşılaşdırılmasına nail olmaq üçün növbəti mümkün addımların atılmasına dair söylədiyiniz rəyə, verdiyiniz təqdimata görə Sizə olduqca minnətdaram.

Əlbəttə ki, müzakirələrimizin əsas mövzusu iqtisadi əməkdaşlığa da aid idi. Çox əlamətdar haldır ki, Bakıya səfərimdən, apardığımız danışıqlardan və Bakıdakı biznes forumdan bir il sonra ölkələrimiz arasında ixrac, idxal əməliyyatları böyük həcmdə artmışdır. Bu, çox yaxşı göstəricidir. Biz bunun davam etdirilməsinə çalışırıq. Avstriya tərəfi şirkətlərinin tərtib etdiyi və müxtəlif sahələri və təklifləri əhatə edən siyahını Prezidentə və onun əməkdaşlarına təqdim etdi. Burada neft, səhiyyə, texnologiyalar sahələrinə, yeni hava limanına, turizm sahəsindəki əməkdaşlığa dair təkliflər vardır. Dəmir yolları üçün avadanlıq, infrastruktur, mehmanxana işi, konsaltinq və digər məsələlər də öz əksini tapmışdır. Bizim bir çox ümumi layihələrimiz, bu cür layihələr üçün təkliflərimiz vardır. Bundan çox məmnunuq.

Azərbaycanda olarkən, mən Prezidentə Avstriyada və Lüksemburqda beynəlxalq əsaslarla təsis edilmiş Antikorrupsiya Akademiyası haqqında məlumat verdim. Bir neçə ay sonra Azərbaycanın Antikorrupsiya Akademiyasına qoşulması haqqında məlumatı almaqdan çox məmnun oldum. Bu qurum korrupsiyaya qarşı uğurlu mübarizə aparmaq üçün dövlət idarəçiliyi sahəsində təlim kursları keçir. Dünyanın bütün ölkələri iqtisadiyyatın şəffaflığını təmin etmək və təkmilləşdirmək üçün bu və ya digər dərəcədə buna ehtiyac duyurlar. Bu sahədə aparılan əməkdaşlıqdan çox məmnunuq.

Biz BMT çərçivəsində qarşılıqlı surətdə namizədlər üzərində razılığa gəlmişik. Avstriya BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinə Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması komitəsinə Avstriyanın xanım namizədini dəstəkləyir.

Görüşümüz olduqca müsbət, mehriban və konstruktiv mühitdə keçdi. Əlbəttə ki, biz “Nabukko” məsələsini də müzakirə etdik. Bu məsələdə biz eyni mövqedəyik, ümumi və oxşar maraqlarımız vardır. Növbəti qərar bir neçə həftədən sonra qəbul ediləcəkdir. Bu, iyunda baş verə bilər. “Nabukko”nun qərb istiqamətinə və ya TANAP layihəsinə üstünlüyün verilməsindən asılı olmayaraq, qəbul olunacaq istənilən qərar enerji sahəsində önəmli əməkdaşlığımız üçün imkan açacaqdır.

Sizə söyləmək istədiyim mülahizələr bu qədər. Çox sağ olun.

X X X

 

Prezident İlham Əliyevin

bəyanatı

 

- Sağ olun, cənab Prezident.

Əvvəlcə icazə verin, göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirim. Ölkənizdə olmağımızdan və dialoqumuzun davam etdirilməsindən çox şadıq.

Biz hamımız Azərbaycana etdiyiniz səfəri və apardığımız müzakirələri xatırlayırıq. Qeyd etdiyiniz kimi, həmin səfərdən sonra biz əməkdaşlığın bütün sahələrində sürətli inkişafı hiss edirik. Fikrimcə, Bəyannamənin imzalanması ikitərəfli münasibətlərimizdə mühüm mərhələdir. Bu, ölkələrimiz arasında imzalanmış bütün sənədlər arasında xüsusi yer tutur. Çünki o, əməkdaşlığımızın mahiyyətini, əlaqələrimizin tarixini əks etdirir və bir çox sahələri əhatə edir. Bu, olduqca mühüm Bəyannamədir. Sənəd münasibətlərin və tərəfdaşlığın əla səviyyədə olduğunu təsvir edir.

Əslində bu sözlər əməkdaşlığımızın səviyyəsini səciyyələndirir. Biz güclü siyasi əlaqələr qurmuşuq, daim əlaqədəyik. Bir-birimizi dəstəkləyirik və cənab Prezidentin qeyd etdiyi kimi, bu dəstəyi beynəlxalq təşkilatlarda davam etdirəcəyik.

Eyni zamanda, iqtisadi əməkdaşlığa gəldikdə çox yaxşı nəticələrimiz vardır. Ticarət dövriyyəsi artır və böyük potensiala malikdir. Hazırda bir çox Avstriya şirkətləri Azərbaycanda mühüm layihələri həyata keçirən podratçı qismində fəaliyyət göstərir. Bu layihələr turizm infrastrukturuna, incəsənətə, memarlığa aiddir. Avstriya şirkətlərinin Azərbaycanda əla nüfuzu vardır. Onlar Azərbaycanın hazırda həyata keçirdiyi bir çox infrastruktur layihələrində bizə yardım edirlər.

Bu gün bir azdan sonra bizim işgüzar dairələrlə görüşümüz olacaqdır. Bu tədbir də, fikrimcə, cənab Prezident, əməkdaşlığımıza növbəti dəstək verəcəkdir. Biz, həmçinin daha çox Azərbaycan şirkətlərinin Avstriyada işləməsini arzulayırıq. Ümidvarıq ki, bu da baş verəcəkdir.

Azərbaycan şirkətləri üçün sərmayə baxımından Avstriya çox cəlbedici ölkədir. Dünyada ən şəffaf neft fondlarından olan Azərbaycan Dövlət Neft Fondu Avropada və ümidvarıq ki, Avstriyada sərmayə imkanlarını axtarır və sərmayə layihələrinə başlayır.

Cənab Prezident bildirdi və bu Bəyannamədə qeyd olunub ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etdik. Münaqişə beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında həll olunmalıdır. Onların arasında mən erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istəyirəm. Əfsuslar olsun ki, 20 ildir bu qətnamələr yerinə yetirilmir, işğal davam edir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, etnik təmizləmə siyasətinə və soyqırımına məruz qalmışdır. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin status-kvonun qəbulolunmazlığı barədə verdikləri bəyanatlara Ermənistanda məhəl qoymurlar. Status-kvonun dəyişilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanğıcı deməkdir. Fikrimcə, bu, nə qədər tez baş verərsə, danışıqlar prosesi daha sürətlə gedər və danışıqlar prosesində müşahidə olunan mühit mənfidən müsbətə doğru dəyişə bilər. Azərbaycan ərazilərinin dərhal işğaldan azad edilməsinin başlanması bizim gözlədiyimiz məsələdir. Ümidvarıq ki, beynəlxalq ictimaiyyət bu istiqamətdə daha fəal rol oynayacaqdır.

Əlbəttə ki, biz enerji əməkdaşlığını da müzakirə etdik. Bu əməkdaşlıq üçün yaxşı perspektivlər vardır. Azərbaycan “Cənub qaz dəhlizi”nin tikintisini nəinki dəstəkləyən, əslində, onu başlayan ölkədir. Ötən dəfə cənab Prezidentlə Bakıda keçirdiyimiz görüşdən sonra biz mühüm nailiyyət əldə etmişik. Burada Trans-Anadolu qaz boru kəmərinin tikintisi ilə əlaqədar Türkiyə ilə əldə edilmiş razılaşma nəzərdə tutulur. Bu, Azərbaycan qazı üçün Avropa qitəsinə qapıları açır. Bu məsələ ilə bağlı Avropa təsisatları və Avropa İttifaqı ilə apardığımız müzakirələr hər zaman bizim diqqət mərkəzimizdədir.

Avropa İttifaqlı ilə Azərbaycan enerji sektorunda strateji tərəfdaşlıq sazişini imzalamışdır. Orada Azərbaycan “Cənub qaz dəhlizi”nin əsas qüvvəsi və təşəbbüskarı kimi qeyd edilir. Fikrimcə, “Cənub qaz dəhlizi” uğurla həyata keçiriləcəkdir.

Hazırda “Şahdəniz” konsorsiumu təkliflərin kommersiya tərəfini qiymətləndirir. Ümidvarıq ki, yaxın gələcəkdə qərar qəbul olunacaq və nəticədə Azərbaycan qazı Avropa qitəsinə çatdırılacaqdır.

Gördüyümüz kimi, əla münasibətləri, yüksək səviyyədə qarşılıqlı anlaşma münasibətlərini genişləndirmək və əməkdaşlığı gücləndirmək üçün hər iki tərəfin istəyi vardır. Hesab edirəm ki, bu səfər bu baxımdan öz rolunu oynayacaqdır.

Hörmətli cənab Prezident, qonaqpərvərliyinizə görə çox sağ olun. Bildirmək istəyirəm ki, mən Vyana şəhərini və zəngin tarixi, xalqınızın tarixi irsini özündə əks etdirən belə möhtəşəm sarayı çox xoşladım.

X X X

 

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

X X X

Avstriya jurnalisti: Cənab Prezident, Azərbaycan Türkiyənin dostu sayılır. Həftənin sonunda Türkiyədə bomba partlayışları baş verdi. Suriyada gedən müharibənin Türkiyəyə yayılmasından ehtiyatlanırsınızmı? Sualım hər iki prezidentədir. Bu halda beynəlxalq ictimaiyyət buna reaksiya verməlidirmi və necə? 

Prezident İlham ƏLİYEV: Əlbəttə ki, bu, bizi narahat edir. Mən Türkiyə Prezidentinə və Baş nazirinə bu cür qəddar terror aktları ilə əlaqədar dərin hüznlə başsağlığı verdim. Günahsız adamlar yenə də bundan əziyyət çəkiblər. Əlbəttə, biz narahatıq ki, terrorçuluq insanlara əziyyət verməkdə davam edir. Terrorçuluğa qarşı mübarizə daha fəal şəkildə aparılmalıdır. Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan sədr olduğu zaman biz beynəlxalq terrorçuluğa qarşı mübarizənin aparılması məsələsini irəli sürdük və beynəlxalq ictimaiyyətin göstərdiyi səylərin birləşdirilməsinin zəruriliyini qeyd etdik. Zənnimcə, bütövlükdə beynəlxalq ictimaiyyət mövqeyimizi başa düşdü.

Terror təşkilatları arasında heç bir fərq qoyulmalı deyildir. Terror aktı üçün heç bir əsaslandırma və ya üzrlü səbəb ola bilməz. Terrorçuluq beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir. Beynəlxalq ictimaiyyət terrorçuluğun qarşısının alınması üçün ümumi səyləri, informasiya mübadiləsini gücləndirməlidir.

Əlbəttə ki, Türkiyə Azərbaycanın dostudur. Bizim aramızda gözəl münasibətlər vardır və biz narahatıq ki, bu terrorçuluq əməlləri yayıla bilər və günahsız insanlara əzab-əziyyət gətirə bilər.

Prezident Haynts FİŞER: Mənim sizin sualınıza verəcəyim cavab ondan ibarətdir ki, elə indicə biz görüş əsnasında Suriyadakı vəziyyətə toxunduq. Bildiyiniz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. Şəxsən mən inanıram ki, Suriyanın hazırkı hakimiyyəti Türkiyə ilə əlavə cəbhəni yaratmaqla düşdüyü vəziyyəti ağırlaşdırıb. Hətta deyərdim ki, çox ağırlaşdırıb.

Son günlərdə baş verən maraqlı hadisələr göstərir ki, Rusiyanın xarici işlər naziri ilə ABŞ-ın dövlət katibi arasında danışıqlar aparılmışdır. Münaqişənin səngidilməsi və dayandırılması üçün Rusiya ilə ABŞ arasında razılıq tapılarsa, bu, irəliyə doğru atılmış böyük addım olar. Çünki BMT Təhlükəsizlik Şurasının müsbət qərarı o vaxt mümkün olar ki, Rusiya və ABŞ arasında Təhlükəsizlik Şurasının qətnaməsinə aid bəzi fundamental məsələlər üzərində razılıq əldə olunsun.

Mənim şəxsi rəyim ondan ibarətdir ki, bu cür münaqişələr hərbi vasitələrlə deyil, hər zaman  siyasi yolla həllini tapmalıdır. Əgər kimsə münaqişəni güc və qarşıdurma ilə həll etmək istəyirsə bu, pis fəsadlar verər. Mənə elə gəlir ki, misal kimi, İraqın adını burada çəkməyə ehtiyac belə yoxdur.

Vüqar SEYİDOV (Azərbaycan Dövlət Teleqraf Agentliyi -AZƏRTAC): Sualım Avstriya Prezidentinədir. İki ölkə arasında qeyri-enerji əməkdaşlığının hansı konkret sahələri genişləndirilə bilər?

Prezident Haynts FİŞER: Əvvəlcə mən məmnunluqla qeyd edə bilərəm ki, Avstriyada müxtəlif sahələrdə yüksək texnologiyalar vardır. Mən infrastruktur, dəmir yolları, inşaat, səhiyyə və xəstəxanaların tikintisi sahələrini nəzərdə tuturam. Biz dost ölkə olaraq Azərbaycana bu texnologiyaları təqdim etmək istəyirik və təqdim edirik. İkincisi, turizm sahəsidir. Bu, Avstriyanın səciyyəvi xüsusiyyətidir. Burada turizm çox yüksək səviyyədə inkişaf edib. Beynəlxalq səviyyədə tanınır. Azərbaycan gözəl ölkədir. Turizm ikinci sahədir. Mədəniyyət üçüncü sahədir. Universitetlər arasında sıx əməkdaşlıq mövcuddur. Elmlər akademiyaları əməkdaşlıqda olduqca maraqlıdır. Bu, üçüncü sahədir. Bundan başqa Avstriya, həmçinin mədəni irsin qorunması sahəsində də çalışır. Bilirik ki, Bakıdakı mədəni irsin bəzi əsas obyektlərində avstriyalı memarlar bərpa işlərinə cəlb olunmuşlar. Bunlar bir sıra yaxşı nümunələrdir. Əgər əlavə vaxt verilsəydi, mən digər sahələri də tapardım. Verdiyiniz suala cavab bu qədər.

Jurnalist: Sualım Prezident Əliyevədir. “Cənub qaz dəhlizi” ilə əlaqədar qərara gəldikdə, Siz bu qərarın iyunun sonunda qəbul ediləcəyini gözləyirsinizmi? İkincisi, əgər “Cənub axını” layihəsi həyata keçirilərsə, bunun “Nabukko”nun reallaşmasına nə dərəcədə təsiri olacaqdır?

Prezident İlham ƏLİYEV: Bu qərarın yaxın zamanlarda qəbul olunmasını biz də gözləyirik. Bu, “Şahdəniz” qrupunun birgə qərarı olacaqdır.

Bu gün cənab Prezidentlə müzakirə etdiyimiz kimi ümidvarıq ki, həmin qərar sırf kommersiya etibarlılığı baxımından qəbul ediləcəkdir. Artıq qeyd etdiyim kimi, biz “Cənub qaz dəhlizi”nin həyata keçirilməsi istiqamətində irəliyə doğru böyük addım atmışıq. Bu halda xüsusən TANAP layihəsi üzrə Türkiyə ilə Azərbaycan arasında əldə edilmiş razılaşma nəzərdə tutulur. Bu, layihənin həyata keçirilməsini xeyli asanlaşdırır. Bir sözlə, biz əsas texniki və maliyyə öhdəliklərini öz üzərimizə götürməyə hazırıq. Biz strateji marşrutun reallaşmasına real töhfə veririk. Çünki bunun nəticəsində Azərbaycan Avropa qitəsində mühüm qaz ixracatçısına çevriləcəkdir. Bu bizə nəhəng qaz potensialımızı reallaşdırmaq imkanı yaradacaqdır. Bu gündən etibarən gələn on illər, yüz illər ərzində ölkəmizin iqtisadi müstəqilliyini təmin edəcəkdir. 

Biz Avropa təsisatları ilə Azərbaycan arasında əməkdaşlıq səviyyəsindən çox məmnunuq və tərəfdaş kimi real iş görürük.

Hazırda regionda həyata keçirilən və gələcəkdə həyata  keçirilməsi planlaşdırılan layihələrə gəldikdə rəqabət bizi narahat etmir. Əksinə, fikrimcə, ədalətli rəqabət uğur üçün ilkin əsas şərtdir. Bu, həm də istehlakçılar üçün vacibdir. Çünki onların daha çox seçimi olacaqdır. Bu, həmçinin istehsalçılar üçün sərfəlidir. Çünki onlar daha səmərəli işləyəcəklər. Bu səbəbdən biz narahat deyilik. Lakin şaxələndirmə haqqında danışdıqda fikrimcə, biz hamımız nəzərə almalıyıq ki, əsas şaxələndirmə marşrutun yox, mənbənin şaxələndirilməsidir. 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: “SpaceX” və “Tesla” şirkətləri dekabrda birləşə bilər

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Kuşner: Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil

Böyük Britaniya miqrantların keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib

Vitkoff: Ukrayna ilə bağlı daha bir görüş planlaşdırırıq

İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Tramp: İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyəm

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: “Sükut içində addımlar” filmi Qarabağın minalardan təmizlənməsində iştirak edən qadınların gündəlik həyatını əks etdirir

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub

Türkiyə millisi Belçikaya məğlub olub

İrlandiyalı nazir: Ukrayna müharibəsi Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərir

Şimali Makedoniya Prezidenti: “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Azərbaycan nümayəndə heyəti Həştərxanda Heydər Əliyev adına 11 nömrəli məktəbi ziyarət edib

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub VİDEO

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub VİDEO

Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var

Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB VİDEO

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar

Ədəbiyyat Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub

Vaşinqtonda silahlı insident baş verib

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

Britaniya Çaqos adalarının Mavrikiyə verilməsi istiqamətində növbəti hüquqi maneəni aradan qaldırıb

Toxunaraq oxunan dünyalar: Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzindən REPORTAJ

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

Günay Əfəndiyeva: Mədəniyyətə ayrılan vəsait gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib

Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

Qırğızıstan-Türkiyə Manas Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında suverenliyini ilk bərpa edən dövlətdir

Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib

Bəhram Osmanov: “İki aktrisa üçün baş rol” gərgin dramatizmi ilə seçilir

Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb

Azərbaycanın tarixi Zəfəri milli həmrəyliyin və qətiyyətli siyasi iradənin nəticəsidir - ŞƏRH

Özünüməşğulluq proqramı üzrə 200-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb

Almaniyanın metal və elektrotexnika sənayesi işçiləri tətilə hazırlaşırlar

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyasının təbliğində medianın üzərinə mühüm vəzifələr düşür