MEŞƏ YANĞINI ƏLEYHİNƏ PROFİLAKTİK TƏDBİRLƏR GÖRÜLÜR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, respublikamızın ərazisində havaların isti və quraq keçməsi meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsini artırmışdır. Bununla əlaqədar meşələrdə, meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər görülür. Meşə mühafizəsi və bərpası müəssisələrində texniki avadanlıqla təchiz olunmuş növbəli iş rejimi təşkil edilmişdir.
Eyni zamanda, yerlərdə taxıl məhsullarının biçini zamanı fermer və torpaq mülkiyyətçilərinin maarifləndirilməsi ilə yanaşı, bir çox meşəətrafı ərazilərdə minerallaşdırılmış zolaqların yaradılması üçün müvafiq tədbirlər görülmüşdür. Nəticədə ölkəmizin ərazisində meşə yanğını hadisələrinin sayı əvvəlkı illərə nisbətən minimuma endirilmişdir.
Ümumiyyətlə, yer kürəsində meşə yanğınları hər il orta hesabla 20 milyon hektara yaxın meşənin məhvinə səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]