MƏRMƏRƏ DƏNİZİNDƏ ZƏLZƏLƏ BAŞ VERMİŞDİR
İstanbulun Kandilli seysmologiya mərkəzinin məlumatına görə, iyunun 3-də səhər saatlarında Mərmərə dənizində Rixter cədvəli ilə 2,5 ball gücündə zəlzələ baş vermişdir. Zəlzələnin mərkəzi su səthindən 3 kilometr dərinlikdə olmuşdur və Mərmərə dənizindəki adalarda olan yaşayış məntəqələrində hiss edilməmişdir. Bu zəif zəlzələnin daha böyük yeraltı təkanlarının xəbərçisi olub-olmadığı isə alimlər tərəfindən araşdırılır.