“Məriz” filminə baxış keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Nizami Kino Mərkəzində gənc rejissor Elvin Abdullayevin quruluş verdiyi “Məriz” filminə baxış keçirilib.
AZƏRTAC xəbər verir ki, yaradıcı heyətin adından Samirə Ərəstun film haqqında məlumat verib.
Bildirilib ki, “Nano Film Production” studiyasının istehsalı olan film xüsusi olaraq, Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilib. Filmdə 13 yaşlı Xocalı sakini Qeyrət adlı bir yeniyetmənin yaddaşında bu faciənin necə ağır psixoloji izlər buraxmasından, düşmənlərimizin amansız vəhşiliyindən bəhs edilir.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elvin Abdullayev bildirib ki, on bir dəqiqəlik bu ekran əsərinin əsas qayəsi Dağlıq Qarabağda baş verən hadisələrin Qeyrət kimi neçə-neçə Xocalı sakininin qayğısız həyatını darmadağın etməsini diqqətə çatdırmaqdır.
Erməni barbarlarının vəhşicəsinə qətlə yetirdiyi ata-anasının son baxışlarını, amansızlığın, cəlladlığın son həddini görmüş yeniyetmə Qeyrət uzun illər sonra da bu psixoloji zədədən qurtara bilmir.
Xatirələr ona hər gün, hər an eyni əzabı verir, amma bunları daha Xocalıda deyil, düşdüyü ruhi-əsəb dispanserində yaşayır...
Filmdə baş rolları xalq artisti Ramiz Novruzov, əməkdar artist Aybəniz Haşımova, aktyorlar Səmimi Fərhad, Zarina Qurbanova və digərləri ifa ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
- 13.11.2026 [19:07]