Mərakeş Kralı COP29-a dəvət olunub
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 26-da Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov Mərakeşin xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər naziri Nasser Burita ilə görüşüb.
Azərbaycan Respublikasının Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı 2024-cü ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Mərakeş Kralı VI Məhəmmədə ünvanladığı dəvət məktubu N.Buritaya təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [17:27]
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
- 17.11.2026 [13:52]
Xocavənddə daha 48 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB
- 17.11.2026 [12:14]