MƏKTƏBLƏR YENİDƏN QURULUR
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Səudiyyə İnkişaf Fondunun ayırdığı təmənnasız kredit çərçivəsində Bakı şəhərinin Nəsimi rayonundakı 152 nömrəli 320 yerlik məktəb genişləndirilərək 844 şagirdin, Xətai rayonundakı 59 nömrəli 480 yerlik, Binəqədi rayonundakı 179 nömrəli 400 yerlik məktəblər isə yenidən qurularaq, hər birində 1 min 296 şagirdin təhsil alması üçün şərait yaradılmışdır. Bundan başqa, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində və Yasamal rayonunda 1 min 296 yerlik yeni məktəb binaları inşa ediləcəkdir. Məktəblər müasir avadanlıqla da təchiz ediləcəkdir. Təhsil ocaqlarının 2005-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]