Meksikada zəlzələ baş verib
Stokholm, 2 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC
Cümə günü Meksikanın cənubunda yerləşən Gerrero ştatında 6,5 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara görə, dağıntılar və ciddi fəsadlar qeydə alınmayıb. Yeraltı təkanların ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib, episentr isə Akapulko şəhəri yaxınlığında, San-Markos ərazisində olub.
Güclü yeraltı təkanlar paytaxt Mexikoda da hiss edilib və burada zəlzələlər barədə erkən xəbərdarlıq sistemi işə düşüb. Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib ki, o, Gerrero ştatının hakimiyyət orqanları ilə təmasdadır və hazırda ciddi ziyanla bağlı məlumat daxil olmayıb.
Zəlzələ dövlət başçısının bu il üzrə ilk mətbuat konfransının müvəqqəti olaraq dayandırılmasına səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:42]
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
- 06.11.2026 [18:34]
Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb
- 06.11.2026 [18:31]
London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək
- 06.11.2026 [17:58]
Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib
- 06.11.2026 [17:14]
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
- 06.11.2026 [16:14]