Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhsəti Gəncəvi obrazı Azərbaycan səhnəsində

Bakı, 7 oktyabr (AZƏRTAC). Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Vidadi Qafarlı televiziyanın, teatr və kino sənətinin tədqiqi ilə məşğuldur.

Alimin AZƏRTAC-a təqdim etdiyi “Məhsəti Gəncəvi obrazı Azərbaycan səhnəsində” sərlövhəli yazı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 yanvar tarixli Sərəncamı ilə yaradıcılığının 900 illik yubileyi dövlət səviyyəsində qeyd edilən böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin irsinin daha bir səhifəsinə aydınlıq gətirir.

AZƏRTAC alimin yazısını təqdim edir:

- Məhsəti Gəncəvi yaradıcılığı tarixin 900 illik sınağından çıxaraq bu gün də yaşayır, bizimlədir.

Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Kəmalə Ağayevanın “Məhsəti” pyesinin ikinci pərdəsində belə bir epizod var: Məhsəti Gəncəni artıq tərk edib. O, qocalmış və xəstə halda Bəlx şəhərində yaşayır. Burada dulusçu Əşrəf düzəltdiyi kuzələrin üzərinə Məhsətinin rübailərini yazaraq satır və onlar bunun hesabına dolanırlar.

Görünür ki, bu epizod təkcə dramaturqun bədii təxəyyülünün məhsulu deyil, həm də gerçək bir tarixi əks etdirir. Bunu dolayısı ilə akademik Rasim Əfəndiyevin “Ədəbiyyat və incəsənət” qəzetinə verdiyi müsahibə də təsdiqləyir. 1981-ci ilin payızında Parisdə ezamiyyətdə olan və UNESCO-da dünya muzeylərinin Şərq ölkələri üzrə müdiri, təbrizli doktor Firuz Bəkirzadə ilə görüşən görkəmli alim həmin müsahibədə bildirir ki, doktor Firuz Bəkirzadə Londonda Viktoriya Albert muzeyində üzərində Məhsəti xanımın rübailəri həkk olunmuş bir sürahi və P.Mayerin tərtibi ilə Məhsəti Gəncəvinin şeirlər kitabını gördüyünü söylədi.

Göründüyü kimi, bu faktın özü də maddi olaraq bir daha sübut edir ki, Məhsəti yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınır və maraq doğurur. Ümumiyyətlə, Məhsəti Şərq renessansının ən görkəmli və kamil bilikli, yaradıcı şəxsiyyətlərindən biri olmuş, poetik yaradıcılığı ilə sonrakı rübai ustalarının yetişməsinə böyük təsir göstərmişdir. Çoxcəhətli istedad sahibi, gözəl çalğıçı, çəng ustası, məlahətli səsə malik nəğməkar olan şairə ömrü boyu təqib edilmiş, məhrumiyyətlərlə üzbəüz qalmış, hətta bir müddət doğma Gəncədən didərgin salınmışdır. Məhsəti Gəncəvi yaşadığı dövrdən bu günədək istər yaradıcılığı, istərsə də şəxsi həyatı ilə diqqət mərkəzində olmuş, haqqında yüzlərlə əsərlər yazılmışdır. Ona həsr edilmiş ilk böyük əsər isə sözsüz ki, bu gün Londonun Viktoriya Albert muzeyində saxlanılan “Məhsəti və Əmir Əhməd dastanı”dır.

İki gəncin, eyni zamanda, iki real tarixi şəxsiyyətin ülvi sevgisindən və həmin sevgi üzündən yaşadıqları iztirablı ömür yolundan bəhs edən bu məhəbbət dastanı daha sonralar neçə-neçə əsərin yaranmasında həm ədəbi, həm də sənədli mənbə rolunu oynamışdır.

Azərbaycan teatrında yaradılmış Məhsəti Gəncəvi obrazına gəldikdə isə qeyd etməliyik ki, şairə haqqında ilk sənət əsəri Ərtoğrul Cavidin “Məhsəti” operası ola bilərdi. AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovun yazdığına görə, hələ İkinci Dünya müharibəsi ərəfəsində Nigar Rəfibəylinin Məhsətiyə həsr olunmuş poemasının motivləri əsasında Ərtoğrul Cavid opera yazmağa başlamışdır. Ərtoğruldan qalan əlyazmaların arasında həmin operanın ayrı-ayrı fraqmentlərinə və Məhsətinin ariyasının tamamlanmış not yazısına rast gəlinir. Amansız ölüm aman versəydi, Ərtoğrul yaratmağa qadir olduğu neçə-neçə gözəl sənət örnəkləri ilə yanaşı, “Məhsəti” operasını da tamamlayacaqdı.

Məhsəti obrazı milli teatrımızın səhnəsinə ilk dəfə 1942-ci ildə Xalq Yazıçısı Mehdi Hüseynin “Nizami” pyesinin tamaşasında çıxmışdır. Bu əsər dahi Nizamiyə həsr olunsa da, Məhsətinin adı birinci pərdədən sonadək dillərdən düşmür, obrazı tez-tez səhnədə görünür. Hələ birinci pərdədə saray şairi Munislə Nizaminin şeir deyişməsinə münsiflik edən Məhsəti xanımı Nizami “Gəncənin zinəti, şeirimizin anası” adlandırır.

Nizami Gəncəvinin 840 illik yubileyi münasibətilə yazılan və ilk dəfə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynanılan bu pyesin premyerası 1942-ci il avqustun 16-da olmuşdur. Xalq Artisti Adil İsgəndərovun quruluş verdiyi tamaşanın rəssamı Xalq Artisti Nüsrət Fətullayev, geyim eskizlərinin müəllifi Xalq Rəssamı Kazım Kazımzadə, bəstəkarı Xalq Artisti Səid Rüstəmov, rəqslərin quruluşçusu Xalq Artisti Leyla Cavanşirova -Bədirbəyli idi. Nizami rolunu Xalq Artisti Rza Əfqanlının ifa etdiyi bu tamaşada Məhsəti obrazını Xalq Artisti Mərziyyə Davudova yaratmışdır. Bununla da o, rolun ilk ifaçısı kimi adını Azərbaycan teatrının tarixinə yazmışdır.

“Nizami” pyesinin ilk tamaşasının uğuru başqa teatrları da bu əsərə müraciət etməyə həvəsləndirmişdi. Nəticədə “Nizami” pyesi 1943-cü ildə Gəncə, Naxçıvan və Şəki teatrlarında da müxtəlif quruluşlarda tamaşaya qoyulmuşdur.

Nizaminin doğma yurdunda - Gəncə Dövlət Dram Teatrında hazırlanan tamaşa Xalq Artisti, rejissor Mehdi Məmmədovun quruluşunda öz orijinal səhnə həlli ilə akademik teatrın tamaşasından köklü şəkildə fərqlənirdi. Professor Cəfər Cəfərovun yazdığı kimi, Akademik Milli Dram Teatrının tarixi epopeya kimi təqdim etdiyi tamaşadan fərqli olaraq Mehdi Məmmədov həmin dövrün, tarixi dəqiqliyini deyil, daha çox onun ideya, mənəvi mahiyyətini göstərməyə çalışmışdır.

Tamaşanın rejissor təfsirinin özünəməxsusluğu bədii tərtibatda da öz əksini tapmışdır. Tamaşa haqqında dövri mətbuatda yazılmışdır: “Tarixi konkretlikdən azad tərtibatın miniatürə və şəbəkə üslubuna əsaslanması yalnız tamaşanın şairanə ruhunu deyil, həm də uzaq keçmişin koloritini duymağı asanlaşdırmışdı”. Gəncə teatrının tamaşasında Nizami rolunu - Əşrəf Yusifzadə, Afaqı - Barat Şəkinskaya, Məhsəti obrazını isə - Rəmziyyə Veysəlova kimi tanınmış səhnə ustaları ifa etmişlər.

“Nizami” pyesinin daha bir uğurlu səhnə həlli Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş tutmuşdur. 1943-cü il mayın 3-də premyerası olan bu tamaşanın quruluşçu rejissoru İbrahim Həmzəyev idi. O, həm də Nizami rolunu ifa edirdi. Tamaşada Afaq rolunu Xalq Artisti Zəroş Həmzəyeva, Məhsəti obrazını Xalq Artisti Firuzə Əlixanova yaratmışlar.

Şairənin obrazının səhnəyə növbəti gəlişi Kəmalə Ağayevanın “Məhsəti” pyesi ilə olmuşdur. “Nizami” pyesindən fərqli olaraq bu dəfə artıq Məhsəti səhnəyə əsərin baş qəhrəmanı kimi gəlmişdir. Eyni zamanda bu pyes milli teatr tariximizə Məhsətiyə həsr olunmuş ilk dram əsəri kimi düşmüşdür.

Mənzum faciə janrında yazılmış əsərin kompozisiyası 3 pərdə və 6 şəkildən ibarətdir. Dramaturq pyesə Məhsəti, İlyas-Nizami, Rəna, Əmir Əhməd, Gəncə hökmdarı, Gəncə xətibi kimi tarixi obrazlarla yanaşı, bədii təxəyyülündən doğan Pərvər baba, Tərgül, Əşrəf, Möhnət , Bəlx hökmdarı və digər surətləri də daxil etmişdir.

İlk dəfə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulan bu əsərin premyerası 1964-cü il oktyabrın 24-də olmuşdur. Tamaşanın quruluşçu rejissoru Baxşı Qələndərli, rəssamı Məmməd Qasımov, bəstəkarı Məmməd Ələkbərov idi. Məhsəti obrazının ifaçısı isə bu dəfə Zəroş Həmzəyeva olmuş və onun emosional oyunu tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmişdir.

“Məhsəti” tamaşası Naxçıvan Teatrının tarixi mövzuda səhnələşdirdiyi əsərləri sırasında mühüm yer tutan bitkin səhnə əsəri kimi yaddaşlarda qalmışdır. Tamaşa dramaturji mətnin üzərində işinə, rejissor quruluşuna və aktyor ifalarına görə teatrın son illərdəki daha uğurlu sənət nailiyyəti sayılmalıdır.

Kəmalə Ağayevanın “Məhsəti” pyesi ikinci dəfə öz səhnə həllini şairənin doğma yurdu Gəncədə tapmışdır. Gəncə Dövlət Dram Teatrında 1967-ci ildə tamaşaya qoyulan bu əsər Naxçıvandan ezam olunmuş quruluşçu rejissoru Baxşı Qələndərli, rəssam Məmməd Qasımov, bəstəkar Məmməd Ələkbərov tərəfindən hazırlanmışdır. Tamaşada Məhsəti rolunu hələ 1943-cü ildə “Nizami” tamaşasında bu rolu yaratmış Xalq Artisti Rəmziyyə Veysəlova yüksək sənətkarlıqla ifa etmişdir.

Məhsətiyə həsr olunmuş ikinci və hələ ki, sonuncu hesab olunan səhnə əsəri Məmmədhüseyn Təhmasibin 1967-ci ildə yazdığı “Rübailər aləmində” pyesidir. Özündən əvvəlki müəlliflərə nisbətən şairənin həyat və yaradıcılığını, əhatə olunduğu mühiti daha yaxşı öyrənməyə çalışan M.Təhmasib əsərə bir sıra yeni tarixi epizodlar gətirmiş və əlavələr etmişdir.

O dövrün mətbuatında əsər haqqında yazılırdı: “Xəyali personajların pyesə gəlişi müəllifin Dədə Qorqud boyları ilə Məhsəti dövrü arasında səsləşmə axtarması niyyətindən doğub və onların hər birinin gəlişi bədii məqsədin açılmasında müəyyən yük daşıyır”.

“Rübailər aləmində” pyesi 1968-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında milli teatrımızın ilk qadın rejissoru Ulduz Rəfilinin quruluşunda tamaşaya qoyulmuşdur. Bədii tərtibatı rəssam Həsən Haqverdiyevə, musiqisi bəstəkar Şəfiqə Axundovaya məxsus olan tamaşada Məhsəti obrazını Xalq Artisti Firəngiz Şərifova, Xəttiboğlu rolunu Firdovsi Naibov yüksək sənətkarlıqla yaratmışlar.

Əsər haqqında mətbuatda yazılan rəylərdə qeyd olunduğu kimi, müəllif əsərin surətlərini gözəl düşünmüş, dinamik bir pyes yaratmışdır. Əlbəttə, burada rejissorun da kifayət qədər xidmətləri olmuşdur. Əməkdar İncəsənət Xadimi Ulduz Əliyeva tarixi-romantik pyesi, onun əks etdirdiyi konkret dövrü, ziddiyyətləri gözəl dərk etmiş və müəllifin fikirlərini müvəffəqiyyətlə tamaşaçıya çatdıra bilmişdir.

Məhsəti rolunun ifaçısı istedadlı sənətkarımız Firəngiz Şərifova “əsir olmuş bir quşun”, “yaman bir əyyamda” yaşayan şairin, ümumən əski dünya qadınlarının faciəsini aça bilmiş, yadda qalan, sevilən bir obraz yaratmışdır.

1976-cı il aprelin 30-da “Məhsəti” pyesi Naxçıvan teatrında yenidən tamaşaya qoyulmuşdur. Əsərin quruluşçu heyəti birinci tamaşanın yaradıcıları olsa da, dramaturq pyesi yeni variantda işləmişdir. Bu variantda faciənin əsasında məhəbbət və şəriət, insan və zaman, inam və istək, sənət və sənətkar problemləri daha qabarıq verilmişdir.

Zəroş Həmzəyeva öz parlaq oyunu ilə tamaşaçını düşündürür, Məhsətinin poeziya aləminin dərin lirizmini, romantik duyğularını məharətlə tamaşaçılara çatdırırdı. Vaqif Əsədov Nizaminin idraki qüdrətini, İsgəndər Abdullayev Əmir Əhmədin ləyaqət və ucalığını peşəkarlıqla ifa edirdilər. Baxşı Qələndərli özünün ilk quruluşundan fərqli olaraq tamaşanın forma vəhdətinin zaman baxımından müasir səslənməsinə nail olmuşdu. Rəssam Məmməd Qasımov tamaşaya verdiyi səhnə tərtibatının rəmzi obrazı Məhsətinin ədəbiyyat kəhkəşanında ulduz kimi parlaması ideyasını təcəssüm etdirmişdir.

Kəmalə Ağayevanın “Məhsəti” pyesi Naxçıvan teatrında üçüncü dəfə 2007-ci ildə tamamilə yeni yaradıcı heyət tərəfindən tamaşaya qoyulmuşdur. Premyerası fevralın 17-də baş tutan bu tamaşanın quruluşçu rejissoru Rövşən Hüseynov, rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Yusif Əsgərov olmuşlar. Məhsəti rolunda Elmira Kərimova, İlyas-Nizami rolunda Vidadi Rəcəbli, Əmir Əhməd rolunda Rza Xudiyevin maraqlı ifaları bu quruluşu da tamaşaçılara sevdirə bilmişlər.

Beləliklə, Məhsəti Gəncəvi obrazı artıq 70 ildir ki, Azərbaycan səhnəsini bəzəyir. Bununla da Məhsəti öz rübailəri ilə bütün Şərq ədəbiyyatını zənginləşdirdiyi kimi, bu gün milli teatr və dramaturgiyamızın inkişafında da mühüm rol oynamaqda, deməli sənətkar ömrünü yaşamaqda davam edir.

Bu mənada, şairə Kəmalə Ağayeva haqlı olaraq yazmışdı:

“Yox-yox o, ölməmiş, inanmıram mən,

Fəqət üz çevirmiş zəmanəsindən.

O, öz atəşiylə nura büründü,

Əsrin göylərində parladı, söndü,

Fəqət inanıram gələcək zaman

Onun göylərinin aydınlığından

Can alıb yuxudan o oyanacaq,

O ulduz parlayıb yenə yanacaq”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski Əbu-Dabidə keçirilən üçtərəfli görüşün ilkin nəticəsindən danışıb

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk

Mariam Kvrivişvili: Orta Dəhlizlə bağlı regional tərəfdaşlarla sıx əməkdaşlıq edirik

Tofiq Musayev: Biz mübariz ölkənin mübariz vətəndaşlarıyıq

Gürcüstan və Türkiyə enerji əməkdaşlığını genişləndirir

Zəfər Günü münasibətilə ‎"İki əsgər" tamaşası növbəti dəfə səhnədə

Fransa 1,5 milyard avrodan artıq dəyəri olan iki hərbi kəşfiyyat peyki sifariş edib

COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib

Təhsil eksperti: Məktəblərdə tədqiqat yönümlü tədrisə ehtiyac var

Pentaqon rəhbəri ona qarşı impiçment təşəbbüsünü “siyasi tamaşa” adlandırıb

Böyük Britaniyada daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır

Əbu-Dabidə üçtərəfli danışıqların ilkin mərhələsi başa çatıb

Tallində Azərbaycanın Zəfər Günü ilə bağlı tədbir keçirilib

Azərbaycanın Zəfər Günü Bratislavada qeyd olunub

Böyük Britaniyada hökumətin fövqəladə hallara hazırlıq çağırışından sonra ərzaq və su satışları artıb

KTMT-də Ermənistanın səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxılacaq

Türkiyə 2040-cı ilədək enerji transformasiyasına 300 milyard dollar investisiya yatıracaq

Akademik Milli Dram Teatrında "Qarabağnamə" tamaşası nümayiş olunub

Marneulidə Zəfər Gününə həsr olunan futbol yarışı VİDEO

Marneulidə Zəfər Gününə həsr olunan futbol yarışı VİDEO

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb

Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır VİDEO

Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır VİDEO

Meqan Markl atasının həbsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Nurəddin Mehdixanlı: Xankəndidə gənclərlə görüşün təşkili tarixi bir missiyadır

Almaz Ülvi: Elm xalqları birləşdirən mənəvi körpüdür

Estoniyada Azərbaycanın Zəfər Günü təntənəsi

Fransada CGT-dən noyabrın 17-nə tətil çağırışı: Minimum əməkhaqqının artırılması tələb olunur

Batumidə Zəfər və Dövlət Bayrağı günləri təntənə ilə qeyd olunub

ABŞ hərbi təyyarələri Böyük Britaniyadakı ikinci aviabazanı da tərk edib

İngiltərə məktəblərində şagirdlərin mobil telefon saxlamasına qadağa qoyulacaq

Avropa Komissiyası Əbu-Dabi üzrə danışıqlara dair mövqeyini açıqlayıb

COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir VİDEO

COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir VİDEO

Azərbaycanlı tanınmış cərrah Berlində DRK Klinikasının rəhbəri təyin olunub

TÜBA rəhbəri: COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir

Elmir Babayev: Elm bəşəriyyətin ortaq inkişaf dilidir və gələcəyin formalaşmasında mühüm rol oynayır

Sankt-Peterburqda Zəfər Gününü qeyd edilib VİDEO

Sankt-Peterburqda Zəfər Gününü qeyd edilib VİDEO

Türkiyənin vitse-prezidenti COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

COP31 çərçivəsində qlobal mina probleminə diqqət: Qarabağ Dirçəliş Fondundan mina terroruna qarşı mühüm təşəbbüs

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna görüşü: Müharibənin başa çatması istiqamətində real irəliləyiş gözlənilirmi?

Noyabrın 10-u Ümumdünya Elm Günüdür

Media: ABŞ Əbu-Dabidə Ukraynanın sərhədlərinin yenidən çəkilməsini təklif edib

Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib

Azərbaycanın energetika naziri COP31-də elektrikləşmə üçün istehsal, şəbəkələr və enerji saxlancının paralel inkişafına çağırıb

Rusiya Əbu-Dabi danışıqlarında irəliləyiş əldə olunacağına ümid edir

Rustem Umerov: Əbu-Dabidə üçtərəfli görüşdə hərbi əməliyyatların dayandırılması müzakirə edilir VİDEO

Rustem Umerov: Əbu-Dabidə üçtərəfli görüşdə hərbi əməliyyatların dayandırılması müzakirə edilir VİDEO

On noyabr - Ermənistanın kapitulyasiya aktına imza atdığı tarix VİDEO

On noyabr - Ermənistanın kapitulyasiya aktına imza atdığı tarix VİDEO

Teddi Riner prezidentliyə namizədliyini irəli sürdü: Makrondan dəstək

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO

Tuluz şəhərində azərbaycanlı gənclər Zəfər Günü münasibətilə bir araya gəliblər

Dünyanın 190 ölkəsindən dörd min jurnalist Antalyada COP31-i izləyir

BDYPİ: Səfərdən qayıdan sürücülərə mühüm xəbərdarlıq!

Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb VİDEO

Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə

Dənizkənarı Milli Parkda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

COP31-də Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Lüksemburqda Azərbaycanın Zəfər Günü silsilə tədbirlər və mədəni proqramla qeyd olunub

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib

COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub

Qazax şəhərində avtomobildə baş verən yanğın söndürülüb

Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş səhnə əsəri nümayiş etdirilib

Zəfər Gününə özəl videoçarx: “Zəfərin səsi, qürurun nəğməsi”

10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar

Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması fəaliyyət dövrümə təsadüf edəcək VİDEO

Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması fəaliyyət dövrümə təsadüf edəcək VİDEO

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq

Cenevrədə Azərbaycanın təşəbbüsü ilə dəyirmi masa təşkil olunub

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO

Suriyada Zəfər Günü: Ordumuzun qələbəsi və aparılan bərpa işləri diqqətə çatdırılıb

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb VİDEO

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb VİDEO

Vaşinqtonda Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib VİDEO

Vaşinqtonda Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib VİDEO

Parisdə Vətən müharibəsindən bəhs edən “Zəfər rəqsi” filmi nümayiş olunub VİDEO

Parisdə Vətən müharibəsindən bəhs edən “Zəfər rəqsi” filmi nümayiş olunub VİDEO

Praqada azərbaycanlı musiqiçilərin iştirakı ilə “Rammstein Symphonic Experience” konserti

ABŞ-də zavodda kimyəvi sızma olub: 11 nəfər xəstəxanaya yerləşdirilib

Üçrəngli bayrağımız azad torpaqlarda milli qürurumuzun və birliyimizin rəmzi kimi dalğalanır – ŞƏRH

Rubio: Rusiyanın razılığı olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verilə bilməz

Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb

ABŞ Senatı Trampın 161 namizədini hələ də təsdiqləməyib

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

FT: Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyir

Pentaqon rəhbəri mümkün impiçmentdən narahat olmadığını bildirib

Zelenski: Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır

Tramp: Əbu-Dabi danışıqlarında irəliləyiş mümkündür

Rubio: Ukraynada sülh Moskva və Kiyev arasında razılaşmadan asılıdır

“Forbes”: “Nvidia” rəhbəri bir gündə 7,4 milyard dollar itirib

Rubio: ABŞ ideyalar irəli sürür, amma Ukrayna məsələsində uğura zəmanət verə bilməz

ABŞ və İran uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılığa gələ bilərlər

Aİ Ukraynadakı hərbi missiyasının mandatını 2028-ci ilədək uzadıb

Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar

Şuşada bayram konserti və atəşfəşanlıq olub VİDEO

Şuşada bayram konserti və atəşfəşanlıq olub VİDEO

COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub

İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb

Üçrəngli bayrağımız milli kimliyimizin, dövlətçilik tariximizin və milli birliyimizin rəmzidir

Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib

Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib

Qarsda Zəfər yürüşü təşkil edilib

Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb