Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhərrəmin göy jileti

Bakı, 7 iyun,Süleyman Qaradağlı, AZƏRTAC

Həmişə xəbər ardınca gedən, ən son və ən yeni xəbər gözlədiyimiz Məhərrəm özü xəbərə çevrildi.

Bu xəbəri heç gözləmirdik!

Bu xəbər heç kimin ağlına da gəlməzdi.

Bəlkə ən fantast yazıçının da...

Necə deyərlər, ağla gəlməyənlər başa gəlir.

Məşhur şairin misrası yada düşür: “Hələ bu dünyada nə yaşamışıq, hələ ömrümüzün nə yazı olub”...

Adına nə deyək: qəzavü-qədər, tale, qismət, yoxsa talesizlikmi? Əlbəttə, bunlar da var. Amma ən başlıcası, qaniçən düşmən təxribatının, hər addımda öz xislətinə uyğun hərəkət edən erməni vəhşiliyinin növbəti qurbanı demək, daha doğru olar.

Yaşadığı o qədər də uzun olmayan ömürdə Məhərrəm bir neçə dəfə ölümlə üzləşmişdi. Uşaq vaxtı yaşadığı Qərbi Azərbaycanın Krasnoselo rayonunun Ardanış kəndində quzğun onu caynağına alıb apararkən ətrafdakıların, kənd sakinlərinin qopardığı hay-küy, yerdən götürüb atdıqları daş-kəsək nəticəsində körpəni vəhşi quşun şikarına çevrilməkdən xilas etmişdi.

Bir neçə il əvvəl isə hamamda dəm qazından boğulanda onu tez havaya çıxarmış, “təcili yardım” çağırmışdılar. Həkimlərin səyi nəticəsində onu ayıldaraq həyata qaytarmaq mümkün olmuşdu.

Bu dəfə isə Məhərrəmi heç kəs xilas edə bilmədi...

İyunun 4-də səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən erməni terrorçularının yerə basdırdığı tank əleyhinə minaya düşərək həlak olan üç nəfərdən biri də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov olub.

Dəhşətli partlayışın param-parça etdiyi hərbi maşının ətrafına səpələnən cəsədlər...

Baş verən güclü partlayışdan sonra da Məhərrəm altı aydan bəri əynindən çıxarmadığı göy jiletdə idi... Dəfələrlə geri çağırılsa da, peşə fəaliyyətini yerinə yetirməkdən yorulmayan həmkarımızı əynindəki jileti heç dəhşətli partlayış da əynindən çıxara bilməmişdi...

O, işğaldan azad edilən Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd və Ağdam rayonunun kəndlərini məhlə-məhlə, ev-ev, ünvan-ünvan, qarış-qarış dolaşmışdı, bir neçə gün idi ki, gördüyü vacib və əhəmiyyətli işi Kəlbəcərdə davam etdirir, erməni quldurlarının vurduğu ziyanları tarix üçün sənədləşdirirdi.

Bu zəif və cılız bədəndə nə qədər güclü Vətən sevgisi, yurd məhəbbəti varmış...

Həmkarı, onunla birlikdə peşə fəaliyyətini yerinə yetirən fotomüxbir Rəşad Mehdiyevin dediyinə görə, hadisədən bir saat əvvəl səhər süfrəsi arxasında xoş ovqatda olublar. Həmin gün işlərini başa vurduqdan sonra İstisuya getmək barədə razılığa gəliblər.

Susuzluq yolunda mənfur düşmən hərbçilərinin insanlığa sığmayan növbəti çirkin və bədxah əməli həyat eşqi ilə çırpınan həmkarımızın İstisuya getmək arzusunu da ürəyində qoydu. Dostları, həmkarlar İstisudan gətirdikləri suyu məzarı üstünə səpməklə təsəlli tapdılar...

Məhərrəm “gəlimli-gedimli, son ucu ölümlü” dünyada xeyli məhrumiyyətlərlə üzləşmişdi. O, çoxuşaqlı bir ailədə böyümüşdü - dörd qardaş və üç bacının böyüdüyü ailənin sonbeşiyi idi. 18 yaşı olanda atası Əlini, sonra anası Narıngülü itirmişdi. Yeddi yaşlı Uğuru və beş yaşlı Toğrulu böyütmək, onlara doyunca ata sevinci yaşatmaq istəyirdi...

Yaşada bilmədi....

Onun üzündə qəribə bir kədər hissi var idi. Hətta ən xoş, sevincli günlərdə, sevinib-güləndə də həmin kədər cizgiləri simasını tərk etmirdi.

Bəlkə çəkdiyi acılar idi onun üzünə hopan. Ya bəlkə onu gözləyən tale yazısı idi?

İnanmaq olmur ki, o, bir daha AZƏRTAC-ın pilləkənlərini qalxmayacaq, dəhlizdə görünməyəcək, mərtəbənin girişində dayanıb siqaret tüstülətməyəcək...

İnanmaq olmur ki, bir daha onun zəngini eşitməyəcək, onun imzasını görməyəcəyik...

İnanmaq olmur ki, dost-tanış toylarında onun şux rəqslərinin həsrətində qalacağıq...

Heç inanmaq olmur...

Onun ailə üzvləri, qohumları, yaxınları, doğmaları, iş yoldaşları, həmkarları, tanıyanlar həmişə üzünə hopmuş kədər qarışıq gülüşlə, ən səmimi və xoş duyğularla və bir də... Susuzluq yolunda partlayan maşının yaxınlığındakı göy jiletlə xatırlayacaqlar...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT