MAŞIN OĞRUSU YAXALANMIŞDIR
Bakı, 9 mart (AZƏRTAC). Martın 7-də Dəvəçi rayonunda Sumqayıt şəhər sakini İlqar Cəfərovun “Mercedes” markalı avtomaşınında sərnişin qismində gedən naməlum şəxs sürücünün mağazaya getməsindən istifadə edərək avtomaşını qaçırmışdır.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın Bakı-Quba yolunda Baş Dövlət Yol Polisi İdarəsi, Sumqayıt Şəhər Polis İdarəsi və Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Baş Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı avtomaşına qismən ziyan dəymişdir. Hadisəni törətmiş paytaxt sakini Ayaz Kərimov tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]