Masallıda 59 yaşlı kişi itkin düşüb
Masallı, 4 iyul, İlkin Adıyev, AZƏRTAC
Masallıda 59 yaşlı kişi itkin düşüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Böyük Xocavar kəndində yaşayan 1961-ci il təvəllüdlü Məmmədov Mehman Nəzir oğlu iyun ayının 14-ü saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.
Mehman Məmmədovun əlamətləri bunlardır: boyu 168 sm, gözləri qəhvəyi rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində mavi rəngli qısaqol köynək, tünd göy rəngli şalvar, qara rəngli ayaqqabı olub.
“Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:54]
Gəncənin ənənəvi maddi mədəniyyəti yeni monoqrafiyada
- 16.11.2026 [12:13]
Məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs edilib
- 16.11.2026 [11:23]
Naxçıvanda ötən həftə 4 yanğın hadisəsi qeydə alınıb
- 16.11.2026 [11:13]
Qəbələdə məktəblilərə öz hüquqları barədə ətraflı məlumat verilib
- 16.11.2026 [10:57]