Masallıda 44 yaşlı kişi itkin düşüb
Masallı, 12 yanvar, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Qalib Eynulla oğlu Cəbiyev yanvarın 3-də səhər saatlarında yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, itkin düşmüş Qalib Cəbiyevin əlamətləri bunlardır: orta boylu, arıq bədən quruluşlu, gözləri qara rəngdədir. Evdən çıxanda onun başında qara papaq, əynində göy rəngli cins şalvar və qara rəngli gödəkçə olub.
Qalib Cəbiyevi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [17:44]
Şərurda Dövlət Proqramının icrası ilə əlaqədar görüş olub
- 19.11.2026 [17:39]
Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub
- 19.11.2026 [17:39]
Lənkəranda fermer təsərrüfatlarında görülən işlərlə yerində tanışlıq olub
- 19.11.2026 [17:31]
Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olunub
- 19.11.2026 [16:53]
Xaçmazda beynəlxalq ekspert bağçılıqla bağlı təcrübəsini bölüşüb
- 19.11.2026 [16:29]
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
- 19.11.2026 [16:13]