Luka Modriç “Milan”a keçir
Bakı, 3 iyun, AZƏRTAC
Xorvatiya millisinin və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Luka Modriç karyerasını İtaliyanın "Milan" komandasında davam etdirəcək.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub.
39 yaşlı futbolçu uşaqlıqdan azarkeşi olduğu "rossonerilər"lə 2026-cı ilin yayına qədər müqavilə imzalayacaq.
Modriçin Madrid təmsilçisi ilə sözləşməsi bu ilin yayında başa çatacaq. Bu səbəbdən ulduz oyunçu İtaliya klubuna azad agent kimi keçəcək.
Qeyd edək ki, 2012-ci ildən “Real Madrid”də çıxış edən futbolçu bu müddət ərzində 590 matçda 43 qol və 95 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:05]
BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb
- 06.11.2026 [17:47]
Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam
- 06.11.2026 [17:11]
AFFA rəsmiləri UEFA-nın illik konfransında iştirak ediblər
- 06.11.2026 [16:42]
Mbappe La Liqada oktyabrın ən yaxşı futbolçusu seçilib
- 06.11.2026 [15:47]
Millətlər Liqası: Türkiyə yığmasının heyəti açıqlanıb
- 06.11.2026 [15:39]
AFFA Almaniyada və ABŞ-də azərbaycanlı futbolçuları izləyir - EKSKLÜZİV
- 06.11.2026 [15:01]