LİVAN VƏ İSRAİL İTKİLƏRİ HESABLAYIRLAR
Bu müharibədən ən çox dinc livanlılar əziyyət çəkmişlər. Livanda 1084 dinc sakin öldürülmüşdür ki, onların da üçdəbiri uşaqlardır. İsraildə 41 dinc sakin, o cümlədən ərəb mənşəli 16 israilli həlak olmuşdur.
Döyüş əməliyyatları zamanı Livanda təxminən 3700 adam, İsraildə 583 mülki şəxs və 312 hərbi qulluqçu yaralanmışdır. Lakin, “Kursor” internet nəşrinin məlumatına görə, 2800-dək adam yaralanmış, xəsarət və kontuziya almışdır ki, onların da 700-dən çoxu əsgər və zabitlərdir.
Bundan başqa, Livanda 145 körpü və estakada, 32 benzindoldurma stansiyası, 7 min ev və mənzil, 29 infrastrukur obyekti, o cümlədən hava və dəniz limanları, elektrik və su təchizatı stansiyaları zədələnmiş, yaxud tamamilə dağıdılmışdır.
Ərəb və İsrail mənbələrinin hesablamalarına görə, müharibə Livana 6 milyard dollar, İsrailə isə 1,6-5,5 milyard dollar məbləğində ziyan vurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:26]
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb
- 13.11.2026 [16:23]