Lerikdə zəlzələ olub VİDEO
Bakı, 28 iyun, AZƏRTAC
Lerik rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Lerik stansiyasından 27 kilometr şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanların maqnitudası 5 bal, dərinliyi 18 kilometr olub.
Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub.